Prostat xərçəngindən qorunmanın yolu

Müəllif: Mr. OffiCeR
Şərhlər: 4
Baxılıb: 1 843
Səs ver:
(səs: 0)
Prostat xərçəngi müəyyən yaşdan sonra kişiləri narahat edən təhlükəli xəstəliklərdən hesab edilir. Buna görə də həkimlər adıçəkilən xəstəlikdən qorunmaq üçün daim kişilərə müxtəlif məsləhətlər verir, vaxtında sağlamlıqlarına biganə yanaşmamağı tövsiyə edirlər.
 
Kaliforniya Universitetində aparılan bir araşdırma isə sübut edib ki, sən demə, bu xəstəlikdən qorunmaq üçün o qədər də çox şey lazım deyilmiş. Bu araşdırmaya əsasən, bir çox xəstəliklərin dərmanı hesab edilən bitki yağları həm də prostat xərçəngindən qorunmaq üçün ən ideal vasitədir.
 
"JAMA International Medicine” jurnalında nəşr edilən bu araşdırma həm də onu deməyə əsas verir ki, heyvan mənşəlli yağlardansa, bitki yağlarına üstünlük verən insanların ürək-damar xəstəliklərinə tutulma riski digərlərinə nisbətən daha aşağı olur.
Bu nəticəyə gəlmək üçün araşdırmaçılar bir ay ərzində 4 min 577 kişinin qidalanma vərdişlərini müşahidə ediblər. Bu müşahidələr nəticəsində məlum olub ki, gündəlik qida rasionlarında bitki yağlarına üstünlük verənlər digərlərinə nisbətən daha sağlam olurlar və onların xərçəngə tutulma riski 33 faiz daha aşağı olur.
 
Mütəxəssislərin fikrincə, daha sağlam həyat və uzun ömr üçün günlük bütün qidalanma vərdişlərinizi dəyişdirməyiniz lazım deyil. Bunun üçün sadəcə kərə yağı əvəzinə gündə iki qaşıq bitki yağı qəbul etməyiniz kifayətdir.
(səs: 0)
Şərhlər: 4
Baxılıb: 1 843
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri