Vitaminlər...

Müəllif: Qlamurr
Şərhlər: 3
Baxılıb: 2 545
Səs ver:
(səs: 1)
Artıq uzun zamandır ki, bütün dünya üzrə insanlarda vitamin kompleksləri, mineral əlavələr və ayrı ayrılıqda vitaminlərin qəbulu bir vərdişə çevrilmişdir.

Belə profilaktik tədbirlər, çoxlarının fikrinə görə onkoloji xəstəliklər,infarkt, insult kimi xəstəliklərdən qoruyub,  ümumiyyətlə sağlamlığın bərkidilməsi ni  təmin edir. Yalnız son araşdırmaların nəticələrinə görə vitamin və minerallar xərçəng və infarktdan qorumur.

Araşdırma üzərində işləyən Xopkins Edqar Miller bildiri ki, vitamin və qida əlavələrinin  gələcəkdə sizə xeyirli olmaması  ilə bərabər, bu növ profilaktik tədbirlər sizi ürək və damarlarda yaranan problemlərdən qoruya bilməz.  Mütəxəssislər belə  nəticəyə 500000 insanın iştirakı ilə keçirilən 27  müxtəlif araşdırma əsasında gəlmişlər. Belə maştablı araşdırmalar əsasında mütəxəssislər kifayər qədər sərt adı olan məruzə hazırlamışlar: " Yetər: Bəsdir artıq vitamin və mineral əlavələrə pul xərcləməyiniz"

Həmçinin mütəxəssislər bəzi hallarda hətta vitamin və mineral komplekslərin insan sağlamlığına zərərli olduğunu  da iddia edirlər. Daha öncə Kalifornia universitetinin mütəxəsissləri orqanizmdə  D vitaminin çatışmamazlığı  depressiyanın inkişafına gətirdiyini, indi isə E və C vitaminlərinin normadan artıq qəbulu həyat davamiyyətinin qısalmasına səbəb olduğunu deyirlər.

Təəssüflər olsun ki, insan orqanizmi vitamin C - nin  istehsal və əldə olunmasını  özü təmin edə bilmir. Orqanizmin qoruyucu  potensialının gücləndirilməsi məqsədi ilə insanlar bu vitamini həb formasında qəbul edir. Mütəxəssislər bu vitamin tərkibli həbləri araşdıraraq belə nəticəyə gəliblər ki, 1 həb-in tərkibində   gündəlik vitamin normasından qat -qat yüksək doza vardır.  Nəzərinizə çatdırırıq ki, insana gündəlik 40 ml/qr  C vitamini , hüceyrə quruluşuna kömək edən  A və E vitaminləri isə 3-4 ml/qr dozanı təşkil edir.

Orqanizmə normadan artıq dozanın necə  təsir edilməsini yoxlamaq üçün mütəxəssislər gəmiricilər üzərində tədqiqat apariblar. İki aylıq siçanlara gündəlik bu vitamin komplekslərini vermişlər. Sınaqlardan belə nəticəyə gəlinmişdir ki, təcrübədə iştirak edən siçanların həyat davamiyyəti  iştirak etməyənlərə nisbətdə aşağı düşmüşdür.  Bundan belə bəlli olub ki, həblərdə olan vitaminlərdə insan həyatı üçün təhlükəli dozada  xeyirli maddələr var. Mütəxəsislər orqanizminizi  vitaminlə təmin etmənin  ən optimal variantını  balanslaşdırılmış sağlam qıdada görürlər. Məsələn  E vitaminini yağ, qoz, yumurta, göyərti, süd, ət və  ciyər kimi qida məhsullarında, C vitaminin isə bir çox meyvə və tərəvəzlərdə, xüsusən də sitrus meyvələrində əldə edə bilərsiniz.

Sağlamlığınızın qeydinə qalın!
(səs: 1)
Şərhlər: 3
Baxılıb: 2 545
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri