Göz xəstəlikləri

Müəllif: Mr. OffiCeR
Şərhlər: 5
Baxılıb: 4079
Səs ver:
(səs: 6)
Gözlərin selikli qişasının iltihabı konyuktivit adlandırılır. Konyuktivitin səbəbləri müxtəlif ola bilər - allergen, virus, bakteriya, göbələk.

Konyuktivitin səbəbini təyin etmək çox vacibdir ki, bundan müalicənin düzgün və effektli getməsi asılıdır.

Konyuktivitin səbəbi müxtəlif bakteriayalar (stafilokokk, streptokokk, pnevmokokk və s.) ola bilər.

Viruslar da konyuktivitin inkişafına səbəb ola bilər. Bu virislar arasında - adenovirus, herpes, qızılca virusu və s.

Konyuktivitin səbəbi allergiya (dərmana, bitkilərin tozcuqlarına, kontakt linzalara, kosmetikaya və s. qarşı) da ola bilər.  Konyuktivitin sevimli fəsili - yazdır. Yazda bitkilər çiçəklənir və bitkilərin tozcuqları allergiyaya meyilli insanlarda konyuktivitin inkişafına səbəb olur.

Səbəbindən asılı olmayaraq bütün konyuktivit növlərinin eyni simptomları var. Bu simptomlar arasında:

- göz qapaqlarının ödemi və qızarması,

- gözlərin selikli qişasının ödemi və qızarması,

- gözlərin sulanması,

- işıqdan qorxma,

- gözlərdə ağrılar və gözlərdə yad cismin hissi,

- gözlərdən seliyin, irinin axması.

Bunlara qeyri-spesifik simptomlar deyilir. Bəzi simptomlar da var ki, bu simptomlar məhz hər hansı konkret konyuktivitin növünə (bakterial, virus və s.) işarə edin. Bu simptomlara əsaslanaraq həkim xəstəyə diaqnoz qoyur və müalicə təyin edir.

Konyuktivit adətən hərarətin artmasına səbəb olmur. Lakin bəzən konyuktivit digər infeksiya və ya iltihabın fonunda inkişaf edə bilər (kəskin respirator infeksiyası, qızılca və s.). Bu halda hərarətin artmasının səbəbi konyuktivit deyil, məhz bu infeksiya və ya iltihab olur.

Konyuktivitin ilk simptomlarında dərhal oftalmoloqa müraciət etmək lazımdır. El arasında "dəbli" olan çay islatmaları xəstəliyin kəskin dövründə heç bir müalicəvi effekt verməyəcək, xəstənin vəziyyəti isə daha da ağırlaşacaq (iltihab buynuzlu qişaya keçə bilər ki, bu görmənin zəiflənməsinə gətirib çıxarda bilər).

Konyuktivitin səbəbindən asılı olaraq oftalmoloq xəstəyə antibakterial ("antubiotik"), viris əleyhinə və ya antihistamin (allergiya əleyhinə) preparatlar təyin edə bilər. Preparat göz damcısı və göz məlhəmi şəklində olur.

Konyuktivitin müalicəsi simptomların tam yox olmasına kimi davam olunmalıdır. Tam şəkildə müalicə olunmadıqda konyuktivit xroniki formaya keçə bilər.

(səs: 6)
Şərhlər: 5
Baxılıb: 4079
Geriyə
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
Offline
emis
sukur gozle bagli prablemim yoxdu olanlara sa Allah sefa versin,goz xestelikleri en cox yayilmis xesteliklerdendi,daha cox balaca usaqlarda olur onun da sebebi herkese melumdur telefon,kamputer ve saglam sekilde qidalanmamaigimiz gozlerin yaxsi inkisaf etmesi ve yaxsi gormesi o qeder yeyecekler var ki ele birinci basda olmaqla baliq ama cox adamda baliq sevmir ve sondada eziyyet cekirler.atamdada bele bir xestelik var 1-2 il olar ki goz yasarmasindan eziyyet cekir uzagi yaxini normal gorur ama ki,gozlerinij yasi dayanmir.tesekkur edirem xeyli melumatlandim bu xestelik haqqinda.
23 may 2015 15:42
5
Offline
Fialka
Görmə ilə bağlı problemim yoxdu ancaq qrip olan zaman gözüm sulanır, qızarır başqa heçnə , bu cür və yaxud da başqa cür narahatçılığı olanlar mütləq həkimə müraciət etsələr problem dərinləşmədən qarşısını almaq olar.
23 may 2015 15:39
4
Offline
vipbetul
goz problemim yoxdu sukur bir defe lap balagayken konyuktivit tutmusdum o da kechici xesdelik olduqundan achqiyle mektebe gedirdim
23 may 2015 15:32
3
Of,If I stretch my hands,do you hold them in your hands,Sir?
Oh, do you look at my tearful eyes even once?
Offline
BARBI
Gozlerimle bagli hec bir problemim yoxdur cox yaxsi gorur
23 may 2015 13:35
2
Canımı yaktıktan sonra, hiç birşey olmamış gibi helallik isteyenler! Cehennemde yandığınızı görsem üzerinize benzin dökerim... !
Offline
Catwoman666
goz xesteliklerinde qorxuram cunki gozlerin saglamligi menim ucun coxx vacibdir
23 may 2015 12:53
1
Viking

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

Müzakirələr

Azərbaycanım

Xəbər lenti

Astrologiya

Ən çox oxunanlar

Səsvermə

Saytın hansı bölməsini xoşlayırsınız?

Qadınla.Com həyatı
Gündəm - Magazin xəbərləri
Moda
Gözəl qadın
Bizim mətbəx
Sağlıqlı yaşam
Hamiləlik və Analıq
Qadın və Cəmiyyət
Münasibətlər
Həyat tərzi
Bürclər və Qoroskop
Bölümlü Hekayələr
Kişi dünyası
Oyunlar
Video - Musiqi

 
 

Qadın testləri