Artıq beş dəqiqəyə bu problemdən azad olmaq mümkündür
Azərbaycanın tanınmış proktoloq-cərrahı, uzman Dr. Türkan Gündüz Babasil xəstəliyinin müalicəsində inqilab sayılacaq ilkə imza atıb.
Türkiyədə keçirilən proktoloji konfransda iştirak edən Dr. Türkan Gündüz Avropanın aparıcı klinikalarında istifadə edilən, Türkiyənin özündə belə nadir rast gəlinən "İnfrared Koaqulasyon lazer” aparatını ölkəmizə gətirir.
Bu aparat babasil xəstəliyindən əziyyət çəkənlərə beş dəqiqə ərzində heç bir kəsik, dəlik olmadan, ağrısız, stressiz və qansız formada bu problemdən azad olmağa imkan verəcək.
Xatırladaq ki, bundan öncə "Lonqo”, "Bant Liqasyon” üsullarını ilk dəfə olaraq Azərbaycanda tətbiq edən Dr. Türkan Hacıyeva hazırda "Medical Plaza” klinikasında çalışır.
Türkiyə Proktoloji Cəmiyyəti İdarə
Heyətinin üzvü olan uzman Dr. Türkan Hacıyeva düz bağırsaq polipləri,
babasil, anal kanalın çatı, hidrodenit və digər proktoloji xəstəlikləri
müalicə edir.
Uzman Dr. Türkan Gündüz ilə əlaqə:
Web-sayt: www.proktolog.az
051- 491-75-75
051 453 55 55