Bahar allergiyası

Müəllif: Mr. OffiCeR
Şərhlər: 4
Baxılıb: 4 275
Səs ver:
(səs: 1)
Nəhayət ki, bahar gəldi. Havanın istiləşməsi və çiçəklərin açması ilə təbiət canlanır. Bu aylarda çiçək tozları atmosferə yayılaraq ağız, burun, göz və ciyərlərimizə qədər çatır. Xüsusilə küləkli havalardan sonra polenler havaya daha çox dağıldığı üçün şikayətlər çoxalır. Bu da dayanmayan burun axıntısına, gözlərdə qızartıya, öskürək və üzdə qaşıntıya səbəb olur. Ən tipik bahar allergiyasının allergik rinit olduğu qeyd edilir. Türkiyəli professorlar Yonca Tabak və Əhməd Rasim allergiyadan necə xilas olmanın yollarını izah edir.

1. Polen allergiyası buruna daha çox təsir edərsə, allergik saman soyuqdəyməsi, ağciyər və bronxlara təsir edirsə, allergik astma bronxit ola bilər. Tozcuqların allergiyaya səbəb ola bilməsi üçün bir kubmetr havada ortalama 25-50 polen olmağı lazımdır.

2. Polen mövsümündə evə daxil olan havanı, mümkün qədər azaltmaq lazımdır. Çünki bu fəsildə havada həddindən çox tozcuq olur.

3. Ağac çox olan yerlərə getməkdənsə, bu dövrlərdə dəniz kənarına getmək daha yaxşı olar. Küçəyə papaq və eynəklə çıxmaqda belə təsirlənmələrə kömək edə bilər.

4. Evə gələn kimi əl və üzümüzü yumaq, geyimlərimizi dəyişdirmək də başlıca qorunma üsullarından biridir. Paltarları açıq havada qurutmaqdansa, ev şəraitində qurutmaq daha məqsədəuyğun olar. Çünki quruyan camaşırlara da polen yapışa bilər .

5. Əsasən günortadan sonra evin havasını dəyişmək daha yaxşı olar. Çünki səhər saatlarında tozcuqlar daha çox olur.

6. Bahar allergiyasına aid əlamətlər ortaya çıxan zaman ilk olaraq allergiya testi etdirsək, yaxşı olar. Müalicə əvvəlcə allergiya dərmanlarıyla başlasa da, bu, qəti həll deyil. Üç-beş il arasında vurulan peyvənd ilə allergiyanıza kömək ola bilərsiniz.

7. Uşaqlarda allergiya olmasının tez fərqinə varmaq çox vacibdir. Çünki uşaqlar ilk illərdə qida allergiyasına, ibtidai sinifdə ev tozu allergiyasına, yetkinlikdə isə tozcuq allergiyasına məruz qala bilərlər.

8. Üç yaşından etibarən tətbiq olunan dilaltı damla, peyvənd üsulu ilə  uşaqların immunitet sistemini gücləndirrmək olar. Çiy tərəvəz və meyvələrin yeyilməsi də allergiyadan uzaqlaşmağa kömək edir.

9. Allergiya ilə qaynaqlanan yuxu pozuqluğu və kafi nəfəs alamamaqla bağlı xroniki oksigensizlik və halsızlıq həyat keyfiyyətilərimizə mənfi təsir edir. Aprel ayında başlayan polen hərəkətliliyi iyuna qədər davam edir. Bəzəkli bağçalar, rəngarəng çiçəklər və quş səslərindən uzaq dayanmaq çətin olsa da, həyat keyfiyyətilərimizi qorumaq üçün bunlara əməl etməyin faydaları var.
(səs: 1)
Şərhlər: 4
Baxılıb: 4 275
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri