Bulantı, qusma, işığa qarşı çox həssaslıq kimi əlamətləri olan miqren həm qadın, həm də kişilərdə sıx rastlanır. Ağrının miqren tutması zamanı beyin pərdəsi və beyin pərdəsindəki damarlarda yaranan keçici iltihab halı olduğunu deyən mütəxəssislər, bu mövsümdə artan miqren ağrılarını önləmək üçün tövsiylər verib.
Miqreni olanların diqqət etməsi gərəkən tövsiyələri təqdim edirik.
- Səhərlər duş qəbul edib bayıra çıxmayın. Gecə çimərkən saçınızı yaxşıca qurudun.
- Küləkdə durmayın. Başınızın küləklə tam təmasda olmasından qaçın.
- Ev, ya maşında qızdırıclar birbaşa üzünüzə vurmasın.
- Miqrenə səbəb cənub küləyidirsə, həmin vaxt bayıra çıxmayın. Pəncərini açıb havanı içəri almayın.
- Qapalı ortam, siqaret çəkilən yer miqrenə səbəb ola bilər, ancaq yenə də güclü küləyin üzünüzə vuracaq şəkildə pəncərəni açmayın.
- Saç qurutma alətini ilıq edin.
- Jele sürtməyin. Jele miqren ağrılarını artırır. Gənc xəstələrdə yaşanan ən böyük sıxıntı budur.