Ciftdə qan dövranının pozulması

Müəllif: emis
Şərhlər: 2
Baxılıb: 4 029
Səs ver:
(səs: 2)
Bildiyimiz kimi, cift dölün normal inkişafında böyük rol oynayır.

Cift vasitəsilə dölə lazım olan qidalı maddələr və oksigen çatdırılır, istifadə olunmuş maddələr və karbon qazı cift vasitəsilə dölün orqanizmindən xaric olunur. Cift çox mühüm maneə rolunu oynayır - ana orqanizmindən dölün orqanizminə zərərli maddələrin, dərmanların, virusların, mikrobların daxil olmasına mane olur. Beləliklə, cift həm ürək, həm böyrəklərlər, həm ağciyər, həm endokrin vəzi funksiyalarını yerinə yetirir.

Cift fəaliyyətində olan istənilən pozulma dölün inkişafına çox mənfi təsir edir - hipoksiya (döldə oksigenin çatışmazlığı) və hipotrofiyaya (dölün çəkisinin normadan az olması) səbəb olur, dölün bətndaxili inkişafını ləngidir, vaxtdan tez doğuşa və hətta dölün həlak olmasına gətirib çıxardır.

Bətndaxili hipoksiya döl üçün çox ziyanlıdır. Bu dölün bir çox orqan və sistemlərin (xüsusilə baş beyinin) inkişafına mənfi təsir edir.

Ciftin fəaliyyətində olan pozulmalar "cift çatışmazlığı" adlandırılır. Bu pozulmanın dərəcələri var. 1A ən yüngül, 3-cü dərəcə isə ən ağır sayılır.

Cift çatışmazlığın kəskin forması bu pozulmanın ən təhlükəli formasıdır. Adətən buna səbəb ciftin vaxtından əvvəl qopması və nəticədə hematomanın (qansızma) əmələ gəlməsi olur. Bu patologiya dölün kəskin hipoksiyası və hətta dölün həlak olması ilə nəticələnə bilər. Tibbi yardım dərhal göstərilməlidir!

Xroniki cift çatışmazlığına hamilə qadınlarda daha tez-tez rast gəlinir.

Bəzi faktorlar cift çatışmazlığının riskini artırır:

- Hamilə qadının yaşı. Qadının çox cavan (18 yaşdan az) və ya yaşlı olması (32 yaşdan artıq).

- Hamilə qadının ziyanlı vərdişləri (alkoqol, siqaretlərin çəkilməsi).

- Qadının çəkisinin normadan artıq, boyun isə normadan az olması.

- Stress (xroniki yorğunluq, güclü emosional gərginliklər).

- Qadında cinsiyyət sistemi patologiyaları və ya xəstəlikləri.

- Ürək-damar, böyrək, endokrin sistemi xəstəlikləri.

- Hamiləliyin gedişatında olan pozulmalar (qanaxmalar, dölyanı suların normadan çox və ya az olması və s.).

- Çoxdöllü hamiləlik.

Cift çatışmazlığının xarakterli simptomları yoxdur. Bu səbəbdən qadın hamiləlik zamanı daim həkimin nəzarətində olmalı və lazım olan vaxtlarda USM-dən keçməlidir.

Lakin dölün hərəkətliliyində olan dəyişikliklər (döl daha çox və ya az tərpənir və ya heç tərpənmir) döldə hipoksiyanın inkişaf etməsinə işarə edə bilər. Bu isə ciftdə olan pozulmaların nəticəsi ola bilər. Belə dəyişikliklər hiss etdikdə qadın dərhal həkimə müraciət etməlidir.

Cift çatışmazlığını təyin etmək üçün qadın USM və dopplerometriyadan keçməlidir. Dopplerometriya zamanı ciftin damarları və burada olan qan dövranı və onun pozulmaları çox aydın görünür.

Ciftin çatışmazlığı diaqnozu qoyulduqda, qadına müəyyən müalicə təyin olunur. Adətən aktoveqin, kurantil, qinipral kimi preparatlar təyin olunur. Bundan əlavə qadın daha çox açıq havada olmalı, steslərdən uzaq olmalı, tamdəyərli qidalanmalı və normal miqdarda maye qəbul etməlidir (buna əks göstəriş yoxdursa).
(səs: 2)
Şərhlər: 2
Baxılıb: 4 029
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri