Göz təzyiqi nədir?

Müəllif: tek umidim sen
Şərhlər: 9
Baxılıb: 1934
Paylaş:
Səs ver:
(səs: 3)
Gözün içərisindəki maye gözün normal fəaliyyəti üçün lazımdır.

Maye daim gözdə hasil olunur və daha sonra oradan axıb gedir. Mayenin gözdən axması prosesi pozulduqda, maye gözdə artıq miqdarda yığılmağa başlayır. Nəticədə maye gözün divarına daha güclü təzyiq etməyə başlayır ki, bu müxtəlif göz xəstəliklərinin və pozulmaların inkişafına yol açır.

Göz təzyiqi sağlam gözlərdə də var. Lakin bu zaman bu göz təzyiqi patoloji deyil, fiziolojidir. Göz təzyiqinin normal olması gözün sağlamlığı üçün olduqca vacibdir.

Göz təzyiqinin artması baş ağrısı (adətən gicgah nahiyyələrində), göz ağrısı (xüsusilə gözlərin hərəkəti zamanı), gözlərin yorğunluğu kimi simptomlarla özünü büruzə verir. Gözlərdə diskomfort xüsusilə kompüterdə işlədikdə və xırda şriftlə yazılan mətn oxuduqda hiss olunur.

Ən ağır hallarda gözlərin qızarması, görmənin pozulması kimi simptomlar meydana çıxır.

Göz təzyiqin kəskin və yüksək artması zamanı insanda başgicəllənməsi, ürəkbulanması və qusma kimi simptomlar inkişaf edə bilər.

Lakin bəzi hallarda yüksək göz təzyiqi özünü heç bir əlamətlə büruzə vermir. Məhz bu səbəbdən həkimlər 40 yaşından yuxarı olan insanlara profilaktik müayinələrdən keçməyi tövsiyə edirlər.

Göz təzyiqinin artması torlu qişanın hüceyrələrin məhv olmasına, gözdə metabolik proseslərin pozulmasına səbəb olur ki, bunun nəticəsində görmə orqanlarda geriyədönməz dəyişikliklər baş verir.

Göz təzyiqin müvəqqəti artmasına təkan verən amillər:

— hipertoniya,
— ürək çatışmazlığı,
— bəzi göz xəstəlikləri,
— gözlərin həddən artıq yüklənməsi (məsələn, kompüterdə uzun müddət ərzində işləyən insanlarda),
— müxtəlif göz iltihabları,
— endokrik sistemi pozulmaları və xəstəlikləri (toksiki zob, hipotireoz),
— göz şişləri,
— travmalar.

Göz təzyiqinin daimi artmasının əsas səbəbi çox təhlükəli göz xəstəliyi olan qlaukoma xəstəliyidir.

Göz təzyiqinin artmasının digər fəsadı görmə sinirinin atrofiyasıdır. Bu zaman görmə kəskin pisləşir, korluq inkişaf edə bilər.

Göz təzyiqinin artmasının ilk simptomlarında mütləq oftalmoloqa müraciət edin.

Göz təzyiqi xüsusi göz tonometrlə ölçülür. Bu çox sadə prosedurdur. Bundan əlavə oftalmoloq xəstənin gözlərini müayinə edir.

Göz təzyiqinin artmasının müalicəsi bu pozulmanın səbəbindən asılıdır. Adətən həkimlər xüsusi göz damcıları təyin edirlər.

Konservativ (dərmanlarla) terapiya kömək etmədikdə, cərrahi üsullardan istifadə oluna bilər. Hal hazırda daha tez-tez hallarda bunun üçün lazer istifadə olunur.

Bəzən insanda göz təzyiqinin enməsi təyin olunur. Bu da gözdə gedən patoloji prosesin (iltihab, travmadan sonra vəziyyət və s.) simptomu ola bilər. Göz təzyiqinin enməsi insanın görmə funksiyasına mənfi təsir edir — göz almasının atrofiyasına, görmənin ciddi pozulmasına səbəb olur. Uzun müddət ərzində mövcud olan göz təzyiqinin enməsi zamanı gözün ölçüləri kiçilir.

loading...
(səs: 3)
Şərhlər: 9
Baxılıb: 1934
Geriyə
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
Offline
efsane..
ilk defedi esidirem amma bele xestelikden uzaq durmaq ucun gerek telefon ve kompterden az istifade edek
1 iyun 2015 18:19
9
Offline
Fialka
Göz ən həssas orqanlardan biridir buna görə gözdə təzyiq və bu kimi narahatçılıqlar zamanı diqqətli olub düzgün şəkildə müdaxilə olunmalıdır.
28 may 2015 19:02
8
Offline
Tomris Müslümova
basim ilimiz 12 ay agriyir...gicgahim basimin arxa hissesi ve gunese cixanda alnim az qala qopa yerinnen cox olur mende
28 may 2015 17:37
7

Sən sadəcə mənimsən...!
Offline
vipbetul
goz tezyiqi esasen urek xesdelerinde cox olur
28 may 2015 17:05
6
Of,If I stretch my hands,do you hold them in your hands,Sir?
Oh, do you look at my tearful eyes even once?
Offline
Nergız33
Menim gözlerim ağrıyır kom dan cox istifade edende
28 may 2015 15:17
5
Melek gibiyim aslindamelek,sadece kanatlarim kirildiginda supurgeme biniyorumgirl_witch.Hepsi bu:)
Offline
guler19
Bu xəstəliyin, əsasən, şəkər xəstələrində, qan azlığı olanlarda, dəyişkən təzyiqə malik olanlarda olma risqi daha yüksəkdir Göz təziqinin müalicəsi çox çətindir müalicə edilmədikdə korluğa səbəb olduğunu eşitmişəm ALLAH uzaq eləsin amin
28 may 2015 15:02
4
İnsanlar görmüşəm mələk donunda
Hamısı xoş günün mələyi olub
Kimsəsiz çarəsiz qaldığım anda
Tək Allah duası köməyim olub...

Ariqlamaq üçün oruc tutmaq, idman üçün namaz qilmaq! Deyen insanlar cehennemde zaqar pulsuzdur.
♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥MG♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥
Offline
Catwoman666
zamaninda ,mutleq hekime muraicet etmek lazimdir. goz xestelikleri en cox qorxdugum xesteliklerdendir
28 may 2015 14:42
3
Viking
Offline
BARBI
Coddi problemdir mutleq hekime muraciet edilmelidir.
28 may 2015 12:36
2
Canımı yaktıktan sonra, hiç birşey olmamış gibi helallik isteyenler! Cehennemde yandığınızı görsem üzerinize benzin dökerim... !
Offline
ALESSANDRA
ALLAH göstərməsin...AMİN
28 may 2015 12:30
1
Don't trust anyone ∆

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

Müzakirələr

Azərbaycanım

Xəbər lenti

Astrologiya

Ən çox oxunanlar

Səsvermə

Bəs sizin bürcünüz nədir?

Qoç
Buğa
Əkizlər
Xərçəng
Şir
Qız
Tərəzi
Əqrəb
Oxatan
Oğlaq
Dolça
Balıqlar

 
 

Qadın testləri

Aylıq arxiv

Facebook