Azərbaycanda uşağın cinsiyyətinin öyrənilməsi qadağan edilə bilər

Müəllif: Mr. OffiCeR
Şərhlər: 1
Baxılıb: 3 562
Səs ver:
(səs: 0)
alt

"Abortun qadağan edilməsi bir çox ölkələrdə var, amma bu, çox vaxt yaxşı nəticə vermir".

Bunu Anspress-ə açıqlamasında Milli Məclisin Sosial siyasət komitəsinin sədr müavini Musa Quliyev deyib. "Selektiv abort, yəni uşağın cinsinə görə abort var. Biz bunun qarşısını almaq və ya məhdudlaşdırmaqdan ötrü qanunda belə bir müddəanın olmasını nəzərdən keçiririk. Qanun layihəsi hazırdır, biz bunu yaz sessiyasında nəzərdən keçirməyi planlaşdırırıq. Yəni uşağın cinsinin təyin edilməsi məqsədi ilə USM müayinəsinin aparılması qadağan edilsin. Amma qalan abortlarla bizim işimiz yoxdur", - millət vəkili bildirib.

Burada neqativ halların mümkün ola biləcəyini istisna etməyən Musa Quliyev deyib ki, bunu zaman göstərəcək: "Təbii ki, buna nəzarət olacaq. Bundan başqa, insanlar arasında maariflənmə işləri getməlidir. Bir müddəa ilə iş bitməyəcək. Amma müəyyən addımlar atılmalıdır, çünki Azərbaycanda demoqrafik göstəricilər dəyişməyə başlayıb. Oğlanların sayı qızların sayını üstələyir. Artıq bir neçə ildən sonra biz ciddi problemlə üzləşə bilərik. Xaricdə də uşağın cinsinin yoxlanılması qadağandır, lakin istisna hallarda, məsələn, genetik xəstəliklər olduğu təqdirdə buna icazə verilir".

Ailə, Qadın və Uşaq problemləri üzrə Dövlət Komitəsindən bildirilib ki, qurum cinsiyyətə görə abort ahlalrının qarşısını almaq üçün komtiyə müraciət edən qadınlar arasında maarifləndirmə işləri aparır. Komitənin sədri Hicran Hüseynova maarifləndirmə ilə bu problemin qarşısının alına biləcəyini deyib. Onun sözlərinə görə, uşaq hüquqları baxımından bu düzgün deyil. Dünyaya gələn qız uşaqlarının sayı azalır. Komitə sədri etiraf edir ki, bu problem var və ən güclü təsir maarifləndirməkdir. Lakin bu əməliyyatın dövlət tərəfindən qadağan edilməsi mümkün deyil, əks halda bu, insan hüquqlarının pozulması hesab olunur.

Səhiyyə Nazirliyinin mətbuat xidmətinin əməkdaşı Səfayə Əhmədovanın sözlərinə görə, Azərbaycanda abort hallarının sayı azalıb: "Əvvəllki illərlə müqayisədə abortların sayı azalıb. Bununla bağlı doğum evləri və qadın məsləhətxanalarında Nazirliyin tapşırıqlarına əsasən məsləhətləşmələr həyata keçirilir".

Nazirlikdən bu istiqamətdə aparılan işlərlə bağlı bildirildi ki, doğum evlərinin hər birində reproduktiv kabinetlər var. Doğum şöbələrində də sanitar-profilaktik işlər aparılır. Orada həkimlər arzuolunmaz hamiləliyin qarşısını konspirativ yollarla alınması istiqamətində məsləhətlər verirlər.

 

(səs: 0)
Şərhlər: 1
Baxılıb: 3 562
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri