Konyuktivit - göz iltihabı

Müəllif: Catwoman666
Şərhlər: 7
Baxılıb: 2578
Səs ver:
(səs: 1)
Gözlərin selikli qişasının iltihabı konyuktivit adlandırılır. Konyuktivitin səbəbləri müxtəlif ola bilər - allergen, virus, bakteriya, göbələk.

Konyuktivitin səbəbini təyin etmək çox vacibdir ki, bundan müalicənin düzgün və effektli getməsi asılıdır.

Konyuktivitin səbəbi müxtəlif bakteriayalar (stafilokokk, streptokokk, pnevmokokk və s.) ola bilər.

Viruslar da konyuktivitin inkişafına səbəb ola bilər. Bu virislar arasında - adenovirus, herpes, qızılca virusu və s.

Konyuktivitin səbəbi allergiya (dərmana, bitkilərin tozcuqlarına, kontakt linzalara, kosmetikaya və s. qarşı) da ola bilər.  Konyuktivitin sevimli fəsili - yazdır. Yazda bitkilər çiçəklənir və bitkilərin tozcuqları allergiyaya meyilli insanlarda konyuktivitin inkişafına səbəb olur.

Səbəbindən asılı olmayaraq bütün konyuktivit növlərinin eyni simptomları var. Bu simptomlar arasında:

- göz qapaqlarının ödemi və qızarması,

- gözlərin selikli qişasının ödemi və qızarması,

- gözlərin sulanması,

- işıqdan qorxma,

- gözlərdə ağrılar və gözlərdə yad cismin hissi,

- gözlərdən seliyin, irinin axması.

Bunlara qeyri-spesifik simptomlar deyilir. Bəzi simptomlar da var ki, bu simptomlar məhz hər hansı konkret konyuktivitin növünə (bakterial, virus və s.) işarə edin. Bu simptomlara əsaslanaraq həkim xəstəyə diaqnoz qoyur və müalicə təyin edir.

Konyuktivit adətən hərarətin artmasına səbəb olmur. Lakin bəzən konyuktivit digər infeksiya və ya iltihabın fonunda inkişaf edə bilər (kəskin respirator infeksiyası, qızılca və s.). Bu halda hərarətin artmasının səbəbi konyuktivit deyil, məhz bu infeksiya və ya iltihab olur.

Konyuktivitin ilk simptomlarında dərhal oftalmoloqa müraciət etmək lazımdır. El arasında "dəbli" olan çay islatmaları xəstəliyin kəskin dövründə heç bir müalicəvi effekt verməyəcək, xəstənin vəziyyəti isə daha da ağırlaşacaq (iltihab buynuzlu qişaya keçə bilər ki, bu görmənin zəiflənməsinə gətirib çıxarda bilər).

Konyuktivitin səbəbindən asılı olaraq oftalmoloq xəstəyə antibakterial ("antubiotik"), viris əleyhinə və ya antihistamin (allergiya əleyhinə) preparatlar təyin edə bilər. Preparat göz damcısı və göz məlhəmi şəklində olur.

Konyuktivitin müalicəsi simptomların tam yox olmasına kimi davam olunmalıdır. Tam şəkildə müalicə olunmadıqda konyuktivit xroniki formaya keçə bilər

(səs: 1)
Şərhlər: 7
Baxılıb: 2578
Geriyə
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
Offline
Catwoman666
mende bele bir problem yoxdur umumiyyetle goz xesteliklerinden qorxuram
13 iyun 2015 17:30
7
Viking
Offline
tek umidim sen
Adini birinci defedir esidirem bu xesteliyin,ele goz iltibahi deye bilirdim
13 iyun 2015 16:43
6
Ne mutlu TÜRK'üm diyene!...
Offline
vipbetul
konyuktivit kechici xestelikdi gerek ki o cur xesdelerden biraz aralidayanasan
13 iyun 2015 15:16
5
Of,If I stretch my hands,do you hold them in your hands,Sir?
Oh, do you look at my tearful eyes even once?
Offline
yasemin
Mende alergiya ile bağlı olur oyy hələ yaz geldiee onda həm asqırıq həm göz qaşıntısı olur
13 iyun 2015 14:08
4
Allah bizlere duamizi yasamagi qismet etsin.. InsAllah dua
Offline
Fialka
Gözlə bağlı problemim yoxdur ancaq ətrafımda rast gəlmişəm bu cür göz xərtəliyinə lakin səbəbi elə bilirdim allergiyadandır lakin bir neçə yaranma səbəbləri varmış, təşəkkür.
13 iyun 2015 13:54
3
Offline
Tomris Müslümova
insana butun orqanlarinin saglam olmasi vacibdi ama en esas gozdu.allah uzaq elesin hessas organdi.fon sekile lap pis oldum faydali xeberdi tesekkurler))
13 iyun 2015 12:34
2
Mənim olan bu heart səni çox sevir!!!
Offline
BARBI
Men de sukur bu problem yoxdur. Cox ciddi problemdir hekime muraciet edilmelidir
13 iyun 2015 12:32
1
Canımı yaktıktan sonra, hiç birşey olmamış gibi helallik isteyenler! Cehennemde yandığınızı görsem üzerinize benzin dökerim... !

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

Müzakirələr

Azərbaycanım

Xəbər lenti

Astrologiya

Ən çox oxunanlar

Səsvermə

Saytın hansı bölməsini xoşlayırsınız?

Qadınla.Com həyatı
Gündəm - Magazin xəbərləri
Moda
Gözəl qadın
Bizim mətbəx
Sağlıqlı yaşam
Hamiləlik və Analıq
Qadın və Cəmiyyət
Münasibətlər
Həyat tərzi
Bürclər və Qoroskop
Bölümlü Hekayələr
Kişi dünyası
Oyunlar
Video - Musiqi

 
 

Qadın testləri