Ayaqyalın gəzməyin fəsadları

Müəllif: Fialka
Şərhlər: 5
Baxılıb: 3 564
Səs ver:
(səs: 2)
İsti havalarda heç kim corab və ev ayaqqabısı geyinmək istəmir. Çoxumuz istini bəhanə edib ayaqyalın gəzməyə üstünlük veririk. Amma çoxları bunun nə kimi zərərləri ola biləcəyindən xəbərsizdir.

Bu siyahıda əsas yeri döyənək tutur. Ən çox ayaqlarda rast gəlinən bu problem bədənin başqa yerlərində də meydana gələ bilər. Döyənək ayaqda olan sümük zədələnmələri, ayağı səhv basmaq, ayaqqabının barmaqlara təzyiqi kimi səbəblərdən meydana gəlir. Döyənəklər əslində, dərini qoruma məqsədi daşıyır. Yəni, dəri sürtünmə və ya təzyiq səbəbindən müəyyən bir bölgədə qıcıqlanma hiss etdiyi zaman qalınlaşaraq reaksiya verir və döyənək yaradaraq o hissəni qoruyur.

Uzun müddət çox dar və ya balaca ayaqqabı geyinmək ayaq barmaqlarının bir-birinə sürtünməsinə və nəticədə döyənək əmələ gəlməsinə səbəb olur. Döyənəyin bir çox əlaməti var, amma ən çox bilinən əlaməti döyənək əmələ gələn yerdə kəskin ağrıların müşahidə olunmasıdır. Ayaqqabı ayağı çox sıxdıqda ağrı da kəskin olur. Ağrıyla birlikdə dəri də qalınlaşır.

Sıxan ayaqqabılar, ayaq quruluşuna uyğun olmayan, yüksək dabanlı ayaqqabılar, yalınayaq gəzmək ayaq barmaqlarında deformasiyalara səbəb olur. Ayağın çox sümüklü olması və yanlış yeriş (basma) döyənəyin əsas səbəbidir.

Çoxları döyənəyi iltihabla səhv salır. Ona görə də döyənək müalicəsinə başlamazdan əvvəl problemin nə olduğundan əmin olmalısınız. İltihablı hissə təmizlənərkən qan və iltihab axacaq. Lakin döyənək təmizlənərkən ölü hüceyrələr çıxır
 
Əslində döyənəklərin müalicəsi olduqca asandır.

Döyənəkləri kəsərək məhv etməyə çalışmağın arzuolunmaz nəticələri ola bilər. Üstəlik, bu, dərinin yaralanmasına gətirib çıxara bilər. Ən sağlam üsul döyənəyin olduğu bölgədəki ölü hüceyrəni dərini zədələmədən süngər daşıyla zamanla yox etməkdir.

Döyənək yapışqanlarının tərkibində salisil turşusu olduğu üçün diqqətli istifadə edilməlidir. Həmin yapışqanların tərkibindəki turşu döyənəyi əridir. Lakin səhv istifadə döyənəyin ətrafındakı sağlam toxumanı öldürüb allergiyaya da səbəb olur. Bu da dəri problemləri olanlar və şəkər xəstələri üçün xüsusilə təhlükəlidir.

Döyənəyin müalicəsi prosesində bunlara diqqət yetirin:

Hər zaman doğru və rahat ayaqqabı geyinin.

Ayaqları daim təmiz saxlayın.

Ayaqları hər axşam kremlə nəmləndirin.

Bitki yağları da döyənəyi yumşaldır.

Ayaqqabı geyinən zaman ağrıyan bölgəni qorumaq üçün yara yapışqanı yapışdırın.

İlıq suda ayağı bir müddət saxlamaq ölü hüceyrəni yumşaldır. Bu isə döyənəklərin süngərlə rahat təmizlənməsinə səbəb olur.
(səs: 2)
Şərhlər: 5
Baxılıb: 3 564
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri