Döş xərçənginin müalicəsində narıncı meyvələrin əhəmiyyəti

Müəllif: Fialka
Şərhlər: 4
Baxılıb: 2 644
Səs ver:
(səs: 1)
Türkiyəli professor Cağatay Erden Daphan döş xərçənginin qarşısını almaq üçün daha çox meyvə və tərəvəz yeməyi tövsiyə edir. Təzə meyvə və tərəvəz yemək sadəcə, döş xərçəngi üçün deyil, xüsusilə mədə və bağırsaq xərçəngləri üçün də son dərəcə faydalıdır. Onun sözlərinə görə, bu qidalarda olan lif və antioksidant bədəni bir çox xəstəliklərdən müdafiə edir.

Qırmızı, narıncı meyvə və tərəvəz istehlakının əhəmiyyəti

Daphan "Aparılan araşdırmalarda xüsusilə narıncı meyvə və tərəvəzlərdə olan "karotenoid" adlanan maddənin siqaret çəkən və ya çox kök qadınlarda döş xərçəngi riskini azaltdığı məlum olub. Odur ki, karotenoidin qanda daha yüksək səviyyədə olduğu qadınlarda döş xərçəngi risk aşağı düşür".

Qeyd edək ki, həmin maddə ən çox kök, şirin kartof və balqabaqda var.  

Mütəxəssis "Pomidor, qreypfrut, qarpız, itburnu, turp və digər qırmızı rəngli qidaların ehtiva etdikləri likopen maddəsi də orqanizmi xərçəngin bir çox növündən qoruyur. Likopen prostat vəzinin xərçəngi, həzm sistemi, döş, dəri xərçəngi xəstəliklərinə yaxalanma riskini 30-40 faiz azaltmağa qadirdir” - deyib.

O bildirib ki, yüksək döş xərçəngi riskinə malik qadınların qırmızı və narıncı meyvələrə üstünlük verməsi xərçəngə yaxalanma riskini tamamilə azaltdığı araşdırmalarda dəfələrlə öz təsdiqini tapıb.
(səs: 1)
Şərhlər: 4
Baxılıb: 2 644
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri