Oliqofren uşaq - əlamətləri

Müəllif: Qlamurr
Şərhlər: 2
Baxılıb: 3 572
Səs ver:
(səs: 0)
Dövrümüzün demək olar geniş yayılmış narahatlıqlarından biri oliqofren şəxslərlə reabilitasiya işidir. Son zamanlar xüsusilə oliqofreniya diaqnozlu uşaqlar artıq yetəri saydadır. Bəs nədir bu qədər ciddi narahatlıqların artma səbəbi? Niyə görəsən son dövrdə doğulan uşaqlarda bu narahatlıqlara xüsusilə rast gəlirik?

Səbəbləri: Oliqofreniya narahatlığı adı altında mərkəzi sinir sisteminin üzvi və zədələnməsi nəticəsində fərdin dərketmə fəaliyyətinin pozulması nəzərdə tutulur. Oliqofreniya üç mərhələdə -- prednatal (bətndaxili), natal (doğuş zamanı), postnatal (doğulduqdan sonra) müəyyən səbəblər nəticəsində mərkəzi sinir sisteminin, ilk növbədə baş beyin qabığının zədələnməsilə fərdin əqli və psixi inkişafının ləngiməsidir. Oliqofreniyanın yaranmasına aşağıdakılar səbəb ola bilər:

Ananın hamiləlik dönəmində yoluxduğu yoluxucu xəstəliklər (qızılca, məxmərək və.s. ) , toksiplazmoz, düzgün qidalanmama, irsi faktorların olması, rezus-faktor uyğunsuzluğu, valideynlərin alkoqolik yaxud narkotik vasitələrdən istifadə etməsi, doğuş zamanı alınan travmalar və s...

Dərəcələri: Oliqofreniyanın üç dərəcəsi ayrılmışıdır:

1. Ağır dərəcə (idiotluq) — Bu diaqnoz ona görə ən ağır dərəcə hesab olunur ki, bu zaman baş beyin qabığının bir neçə mərkəzi (nitq, görmə, eşitmə və s.) zədələnir. Belə fərdlər ətraf aləmi alqılaya bilmirlər, emosional sferaları, idrak prosesləri, və .s. ciddi formada aşağı olur. Eyni zamanda, öyrənmə prosesi çox ləng gedir, akademik inkişaf demək olar ki, yox səviyyəsində olur. Onlara ancaq sadə özünəxidmət bacarıqları verilir.

2. Orta dərəcə (imbesillik) — İmbesil fərdlər sadə əmək vərdişlərinə, nitqə ilkin ən sadə biliklərə yiyələn bilərlər.

3. Yüngül dərəcə (debillik) — Belə fərdlərə ən sadə akademik biliklər vermək, fikrini ifadə edə bilmək, sosial bacarıqlar və s. bu kimi bilgiləri aşılamaq mümkündür.

İdrak proseslərinin göstəriciləri:

Nitq: Oliqofrenlərdə nitq ləng inkişaf edir. Nitq prosesi ləng başlamaqla paralel, onlarda passiv və aktiv lüğətin zəifliyi müşahidə olunur. Sözlər mövcud olsa da ,onlardan istifadə çox zəifdir. Onların nitqi qrammatik cəhətdən düzgün olmur, belə ki, əvəzliklərdən düzgün istifadə edilmir, mürəkkəb və uzun cümlələr qura bilmir, fikirlərini izah etməyə cümlə seçimi zəif olur və s...

Təfəkkür: Ümumiləşdirmə, qruplaşdırma, fərqləndirmə, uyğunlaşdırma və s. təfəkkür prosesləri hesab olunur. Ona görə oliqofren hesab olunan fərdlərlə təfəkkürün inkişafı üçün əsasən bu tip tapşırıqlarla işlənilir. Bu proseslərdən birinin pozulması təfəkkürün  pozulması hesab oluna bilər. Eyni zamanda, oliqofren fərdlə təfəkkürün inkişafı üçün, sözlü ünsiyyətin inkişafına xüsusilə diqqət yetirmək lazımdır.

Hafizə: Müşahidələr göstərir ki, oliqofren fərdlər hər bir yeniliyi çətinliklə mənimsəyir, verilən materialı tez-tez yaddan çıxarırlar. Buna səbəb isə, oliqofren fərdin sinir proseslərinin xüsusiyyətlərindəndir. Əsasən isə bu "yaddaşsızlıq” təfəkkürün inkişafı ilə bağlı olur. Eyni zamanda, bu diaqnozlu fərdin məqsədli öyrənmə və yadasalması mümkün olmur. Bu isə onun narahatlığı ilə birbaşa bağlıdır.

Diqqət: Oliqofren fərdlərin hər birinə rast gəlinən əsas narahatlıq diqqətin qeyri-sabit, dağınıq, davamlılığının az olmasıdır. Bu bir qayda olaraq, bütün oliqofren fərdlərdə rast gəlinir.Ən sadə diqqət tapşırıqlarının aparılması bunun üçün əsas vasitədir. Eyni zamanda, bunlara əməl etmək lazımdır:

1) əyani vəsait sadə olmalıdır
2) fərdin edə biləcəyi tapşırıqdan başlamaq lazımdır
3) masada əlavə heç nə olmamalıdır
4) ən xırda müvəffəqiyyət belə qiymətləndirilməlidir.....

Son olaraq, Freydin sözlərini unutmayın: "İnsanın əsas müqayisə obyekti onun özü olmalıdır”.

Narınc Uşaq Psixologiya Mərkəzinin inkişaf geriliyi üzrə mütəxəssisi Fəridə Həsənova
(səs: 0)
Şərhlər: 2
Baxılıb: 3 572
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri