Autizmin səbəbi tapıldı

Müəllif: Catwoman666
Şərhlər: 3
Baxılıb: 2 049
Səs ver:
(səs: 2)
Autizmlə əlaqəli bir zülal təyin olunub.

Fransa və Amerika alimlərinin apardığı araşdırma beyinin formalaşmasında rol oynayan bir zülalın kifayət qədər işləməməsinin autizmə yol aça biləcəyini üzə çıxarıb.

Beyinin inkişafının ilk mərhələsinə "şahidlik edən" burundakı gövdə hüceyrələri araşdırılıb. Autizmi olan 11 nəfərdən 9-da MOCOS adı verilən zülalı kodlaşdıran genin öz işini lazımi qədər yerinə yetirmədiyi ortaya çıxıb.

Fransa və Amerika alimlərinin araşdırmasına görə, otistiklərdə MOCOS adlı zülalı kodlaşdıran gen öz vəzifəsini kifayət qədər yerinə yetirmir. Onların qənaətincə, beyin inkişafında rolu olan bir zülalın lazımi qədər işləməməsi autizmə yol aça bilər.

İmmun sistemi ilə bağlı olan həmin zülalın beyinin quruluşu və inkişafında vacib rol oynadığı nəticəsinə gələn alimlər bu araşdırmanın autizmin tez başa düşülərək diaqnoz və müalicə metodlarının inkişafına böyük kömək olduğunu vurğulayıblar.
(səs: 2)
Şərhlər: 3
Baxılıb: 2 049
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri