İsti çayla xərçəng xəstəliyi arasında əlaqə

Yeniləndi: 3-07-2016, 17:17
Müəllif: Mr. OffiCeR
Şərhlər: 1
Baxılıb: 6 790
Səs ver:
(səs: 4)
İran alimləri iddia ediblər ki, həddindən çox isti çay içmək, qida borusunun xərçəngi riskini artırır.
Britaniya Tibb Jurnalında dərc edilmiş araşdırmaya əsasən, Selsium cədvəli ilə 70 dərəcə və ondan çox temperaturda çay içmək riskin 8 dəfə artmasına səbəb ola bilər. Ekspertlər deyirlər ki, bu, qeyri-qərb ölkələrində xərçəngin məhz bu növünün niyə daha çox yayıldığını izah edə bilər.

Bir çox qərb ölkələrində çaya süd qatırlar ki, bu da içkinin temperaturunu tələb olunan qədər azaldır.
Qida borusu xərçəngi hər il dünya üzrə yarım milyon insanın ölümünə səbəb olur.

Avropa və Amerikada bu xəstəliyin əsas səbəbinin spirtli içkilər və tütün olduğu düşünülürdü. Amma dünyanın başqa yerlərində xərçəngin bu növünün niyə belə yayıldığı naməlum qalırdı.

Gündə bir litr çay
İranın şimalındakı Gülüstan əyaləti qida borusu xərçənginə görə dünyada birinci yeri tutur. Lakin burada siqaret çəkənlər azdır, içki içən isə demək olar ki, yox dərəcəsindədir. Lakin buna baxmayaraq, hətta qadınlar arasında da qida borusu xərçəngi geniş yayılıb. Bu regionda isti çay içmək adi bir haldır.

Burada gündə bir litrə kimi çay içənlər çoxdur.
Britaniyanın Xərçəng Xəstəliyi Tədqiqatları Fondundan Oliver Çayldz deyir ki, mütəmadi olaraq isti çay içmək və isti yeməklər yemək, qida borusunun səthində iltihab prosesinə səbəb ola bilər və xərçənglə nəticələnə bilər.

Buna görə alimlər, qaynar çay stəkanlara süzüləndən sonra 4 dəqiqə gözləməyi məsləhət görürlər.
(səs: 4)
Şərhlər: 1
Baxılıb: 6 790
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri