Ginekomastiya haqqında

Müəllif: Catwoman666
Şərhlər: 3
Baxılıb: 2 650
Səs ver:
(səs: 1)
Kişilərdə döş toxumalarının normal ölçüsündən daha artıq diqqətə çarpmasını ginekomasiya termini ilə adlandırırıq. Yeniyetmə dövründə bədən quruluşunda meydana gələn bu vəziyyət, normal şərtlərdə yeniyetmə dövründən sonra azalır. Ancaq azalmırsa, bu halda ginekomastiya sindromları yaranır. Bu vəziyyət daha çox yeniyetmə dövründə və sonrakı periodlarda kişilər üçün cəmiyyətdə və sosial həyatda problemlər yarada bilər. Psixologiya üzərində təsiri kimi də, belə insanların dar köynək geyməyi, dənizə girməyi və idman etməyi özləri üçün problem etməyə başladıqları hallarını göstərmək olar.
Ginekomastiyanın azalmamasına və əgər yaradarsa, psixoloji narahatçılıqlara görə xəstə üçün müalicə periodunun başlanması bu vəziyyətdə ən doğru qərardır.
Ginekomastiyanın yaranmağının, azalmağının ən əsas səbəbləri olaraq hormonlar, əzələlər, dərman preparatları və düzgün qidalanmama hallarını sadalamaq mümkündür. Ginekomastiyada müalicəyə istiqamət verən aşağıdakı klassifikasiya nəzərə alınır:

Mərhələ 1: Kiçik dərəcədə böyümə, artıq dəri yoxdur
Mərhələ 2a: Orta dərəcədə böyümə artıq dəri yoxdur
Mərhələ 2b: Orta dərəcədə böyümə artıq dəri vardır
Mərhələ 3: Diqqətə çarpan böyümə artıq dəri vardır

Mərhələ 1 və 2-də çox vaxt liposaksiya metodu ilə ginekomastiya müalicə edilir, ancaq Mərhələ 3-də artıq dərini cərrahiyyə metodu ilə çıxarmaq lazım ola bilər. Bu vəziyyətdə ən müvafiq qərarı plastik cərrahınız dərinizin xüsusiyyətini və ginekomastiya toxumalarınızı müayinə edərək, lazım olduqda ultrasəs müayinəsi apararaq verir.

Vaser liposaksiya yaxud klasik liposaksiya metodu ilə 30-45 dəqiqə davam edən bir əməliyyatla ginekomastiya hallarının böyük əksəriyyəti müalicə edilə bilir. Dəri və döş toxumalarının artıq hissələrinin çıxarıldığı hallarda əməliyyatdan əvvəl çıxarılacaq bölgələri işarələyirik. Kəsiklər tez-tez döş ucu ətrafında və buradan aşağı gövdə nahiyəsinə doğru gedən bir xətt şəklində olur. Təxminən 1-2 saat arası davam edən bir əməliyyatdır.
(səs: 1)
Şərhlər: 3
Baxılıb: 2 650
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri