İnsult nədir?

Müəllif: Catwoman666
Şərhlər: 2
Baxılıb: 4 220
Səs ver:
(səs: 0)
Beynəlxalq Səhiyyə Təşkilatının məlumatına əsasən, ölümə səbəb olan xəstəliklər arasında insult üçüncü yerdə qeyd edilir.

Yaşı 55-dən yuxarı qadınların hər beşindən biri, kişilərin isə hər altısından biri insult keçirir və onlardan yarısı bu səbəbdən vəfat edir. Həyata qayıdanların 70-80% müxtəlif əlillik dərəcələri qeyd olunur ki, bunların da 20-30% ömrünün sonuna dək yaxınlarının və ya tibb işçilərinin xüsusi qayğısına möhtacdırlar.

Hətta müasir dövrümüzdə də bir sıra hallarda həkimlərin səyləri əsasən insult keçirmiş xəstənin həyatının xilasına yönəlir. Ağır gedişli insultlardan sonra baş beyin funksiyasının yalnız qismən bərpa olunması mövcud və tez-tez rast gəlinən reallıqdır.

Son zamanlar hətta 30-40 yaşlı şəxslərdə qeyd olunan bu xəstəlik cavan və fəal insanlar üçün də aktual mövzuya çevrilib. Eyni zamanda insult riskinin aşkar olunması və qabaqlayıcı tibbi tədbirlərin keçirilməsi kifayət qədər effektiv olur. Odur ki, istənilən yaş kateqoriyasına aid olan qadın və kişiləri insult, onun səbəbləri, əlamətləri və xüsusən də profilaktikası barədə məlumatlandırmaq gərəkdir.

İnsult necə baş verir?
İnsult beyin qan dövranının kəskin pozulması, yəni beyini qidalandıran damarlardan birinin və ya bir neçəsinin tamlığının pozulması (cırılması), daralması (spazmı) və ya tutulmasıdır. İnsultun əlamətləri müxtəlifdir, məsələn bu halın insanın huşuna təsiri bəzən oyanıqlıq, bəzən əksinə yuxulu olma və ya yüngül kütləşmə, qısa müddətə huşun itirilməsi, bəzən isə hətta koma kimi qiymətləndirilir. Xəstələrdə baş ağrısı, baş gicəllənməsi, ürəkbulanma və qusma, istilik hissi, ürəkdöyünmə, vaxt və məkan hissiyatının zəyifləməsi (çaşqınlıq vəziyyəti) və s. qeyd oluna bilər.

Beyinin hər hansı hissəsinin zədələnməsi həmin sahəyə müvafiq orqan və funksiyalara öz mənfi təsirini göstərir: görmə qabiliyyətinin pisləşməsi (çəpgözlük, ikili görmə, bir və ya ikitərəfli korluq), nitq pozulması (hətta sadə sözlərin tələffüzü çətinləşir), yuxarı və ya aşağı ətrafların əzələ zəyifliyi və hətta bir və ya ikitərəfli iflic olması, bəzən isə tarazlıq hissinin zəyifləməsi, yerişin pozulması və s.

İnsult ehtimalını artıran amillər – risk faktorları:

- yaş faktoru (45-60 və daha artıq yaş);

- irsiyyət (yaxın qohumlarda insult halları);

- hipertoniya xəstəliyi;

- siqarət çəkmə;

- alkoqol içkilərə meyllilik;

- piylənmə;

- xolesterinin yüksək səviyyəsi, ateroskleroz (damarların xolesterinlə ”zədələnməsi”);

- şəkərli diabet;

- ürək-damar xəstəlikləri;

- fiziki fəallığın az olması.

Bu amillərdən hər hansı biri Sizdə mövcuddursa, məsləhət üçün hökmən həkimə müraciət edin.
(səs: 0)
Şərhlər: 2
Baxılıb: 4 220
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri