Qarnım niyə böyüyür? - 4 təhlükəli səbəb

Müəllif: Catwoman666
Şərhlər:
Baxılıb: 1969
Paylaş:
Səs ver:
(səs: 1)
Qarnın böyüməsi ciddi xəstəliklərin simptomu ola bilər.

Bu səbəbdən əgər siz özünüzdə bu simptomu müşahidə edirsinizsə, diqqətli olun, həkimə müraciət edin və lazım olduqda müayinələrdən keçin. Qarnın böyüməsi müxtəlif pozulmalar nəticəsində inkişaf edir. Bu pozulmalar arasında:

Abdominal piylənmə (piylərin qarın boşluğunda yığılması). İnsanın orqanizmində müəyyən miqdarda piy olmaldır. Bu normal fizioloji haldır. Lakin orqanizmdə piylərin normadan artıq yığılması təhlükəlidir. Artıq piy qarın boşluğunda yığılmağa başlayır ki, nəticədə insanın qarnı böyüyür. Buna visseral piy deyilir.

Visseral piy orqanların (mədənin, qara ciyərin, böyrəklərin, bağırsaqların) ətrafında yığılır və onların qan dövranını pozur. Piyin burada yığılması ürək-damar sistemi xəstəliklərinin, şəkərli diabetin riskini artırır.
Abdominal piylənmənin obyektiv və ən həssas gostəricisi belin dairəsinin ölçüsüdür. Beynəlxalq diabet federassiyasının rəyinə əsasən, belin dairəsinin kişilərdə 94 sm-dən, qadınlarda isə 80 sm-dən yuxarı olması abdominal piylənmənin inkişafına işarə edir.

Assit (qarın boşluğunda mayenin yığılması). Normada qarın boşluğunda cüzi miqdarda maye olur. Bu maye bağırsaqların daha rahat sürüşməsinə kömək edir və bitişmələrin əmələ gəlməsinə mane olur. Lakin bəzi ağır xəstəliklər zamanı (qara ciyər sirrozu, qara ciyər xərçəngi, bəzi ürək xəstəlikləri, şiş xəstəlikləri və s.) maye burada çoxlu miqdarda yığılır və nəticədə qarın böyüyür. Bu çox təhlükəli simptomdur.

Qarın boşluğu şişləri qarnın böyüməsinə səbəb ola bilər.

Qadınlarda bəzi ginekoloji xəstəlikləri zamanı (mioma, yumurtalıqların kistaları, yumurtalıqların xərçəngi) qarın xeyli böyüyə bilər.

loading...
(səs: 1)
Şərhlər:
Baxılıb: 1969
Geriyə
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.

Müzakirələr

Azərbaycanım

Xəbər lenti

Astrologiya

Ən çox oxunanlar

Səsvermə

Bəs sizin bürcünüz nədir?

Qoç
Buğa
Əkizlər
Xərçəng
Şir
Qız
Tərəzi
Əqrəb
Oxatan
Oğlaq
Dolça
Balıqlar

 
 

Qadın testləri

Aylıq arxiv