Öskürəyə nə səbəb olur?

Müəllif: Mr. OffiCeR
Şərhlər: 3
Baxılıb: 3 262
Səs ver:
(səs: 0)
Öskürək bədənin hava yollarını təmiz saxlaması üsuludur. O, demək olar ki, həmişə nəfəs yolunun qıcıqlanmasına görə baş verir. Boğazdakı sinir ucları, nəfəs borusu yaxud ağciyərlər hər hansı qıcıqlanma hiss etdikdə reflekslər havanı şiddətlə hava yollarından çıxarır.

Selik ən çox rast gəlinən qıcıqlandırıcı maddə hesab edilir– bu maye burun dəliklərini təmizləyir və nəmləndirir. Biz heç bilmədən müəyyən qədər selik uduruq, ancaq soyuqdəymə ilə əlaqədar olaraq çoxlu selik yığıldıqda bu maye boğazın dibində yığılır və öskürəyə səbəb olur.

Çox vaxt öskürəyi soyuqdəymə, bronxit, göy öskürək, qrip və pnevmoniya kimi nəfəs yollarının xəstəliklərilə əlaqələndirirlər. Ancaq öskürəyə digər amillər də səbəb ola bilər məsələn, allergiyalar, yer fındığı və ya kiçik oyuncaqlar kimi yad cisimlərin udulması, boyanın qoxusu, siqaret tüstüsü və ya həşərat əleyhinə spreylərin nəfəsə gedib müvəqqəti qıcıqlanma yaratması.
(səs: 0)
Şərhlər: 3
Baxılıb: 3 262
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri