Yoluxucu xəstəliklərin immunoprofilaktikası

Müəllif: Mr. OffiCeR
Şərhlər: 2
Baxılıb: 5 513
Səs ver:
(səs: 0)
İmmunoprofilaktika – yoluxucu xəstəliklərə qarşı müdafiə metodudur, əhalinin sağlamlığı və sanitariya-epidemioloji salamatlığının qorunması məqsədilə həyata keçirilir.
 Dövlət tibb müəssisələrində peyvəndlər pulsuzdur.
Yoluxucu xəstəliklərə qarşı immunitetin yaradılması üçün müxtəlif immunobioloji preparatlardan (vaksinlər, anatoksinlər və s) istifadə olunur.
Ölkədə istifadə edilən bütün peyvənd materialları Səhiyyə Nazirliyinin Dərman Vasitələrinin Analitik Ekspertiza Mərkəzində müayinədən keçirilir, tam təhlükəsizdirlər.
 Peyvəndlərin aparılması nəticəsində Respublikada poliomielit xəstəliyi ləğv edilmiş, difteriya , tetanus, göyöskürək, məxmərək xəstəlikləri azalmış, demək olar ki yox dərəcəsinə enmişdir.
Peyvəndlərin aparılması Səhiyyə Nazirliyinin müvafiq əmr və təlimatları ilə tənzimlənir, Milli peyvənd təqviminə əsasən aparılır – bu sənəd profilaktiki peyvəndlərin aparılması müddətini və ardıcıllığını təyin edir.
Xəstəliklərdən qorunmanın ən effektiv yolu vaksinasiyadır.
 Hal-hazırda Azərbaycanda Hepatit B, vərəm,difteriya, göyöskürək, tetanus, poliomielit, B tipli hemofil infeksiya, qızılca, parotit, məxmərək xəstəliklərinə qarşı peyvəndlər aparılır.
Profilaktiki peyvəndlər peyvənd kabineti olan uşaq poliklinikalarında həyata keçirilir.
Peyvədlərin təqvimə uyğun vaxtında aparılması vacibdir.
- Hepatit B əleyhinə vaksin yenidoğulmuşlara, doğuşdan sonra 12 saat ərzində vurulmalıdır;
- yenidoğulmuşlara 4-7 günlüyündə vərəm əleyhinə peyvənd edilməli və poliomielitə qarşı OPV vaksini verilməlidir;
- daha sonra uşaqlar difteriya, göyöskürək, tetanus, Hib infeksiyası və hepatit B qarşı beşkomponentli vaksini 1 yaşına qədər 3 dəfə (təqvimə uyğun - 2 aylıqda, 3 aylıqda, 4 aylıqda) və eyni günlərdə poliomielit əleyhinə OPV vaksini ilə peyvənd olunmalıdırlar;
- 12 aylıqda uşaqlar – qızılca, parotit, məxmərəyə qarşı kombinə olunmuş QPM vaksini ilə vaksinasiya olunmalıdırlar;
- 2 yaşına qədər müddətdə (təqvimə uyğun -18 aylıqda) uşaqlar difteriya, göyöskürək, tetanus əleyhinə GDT vaksini ilə və eyni gündə poliomielit əleyhinə OPV vaksini ilə 1 dəfə revaksinasiya edilməlidirlər;
- 6 yaşda uşaqlar qızılca, parotit, məxmərəyə qarşı kombinə olunmuş QPM vaksini ilə və difteriya, tetanus xəstəliklərinə qarşı DT vaksini ilə revaksinasiya olunmalıdırlar;
 Qeyd olunduğu kimi son illər kombinə olunmuş çoxkomponentli vaksinlərdən (QPM – qızılca, parotit, məxmərəyə qarşı üçkomponentli vaksin, GDTHibHepB – difteriya, göyöskürək, tetanus, B tipli hemofil infeksiya, hepatit B xəstəliklərinə qarşı beşkomponentli vaksin) istifadə olunur, bu vaksinlərin üstünlüyü bir neçə xəstəliyə qarşı vaksinlərin bir inyeksiyada vurulmasıdır.
(səs: 0)
Şərhlər: 2
Baxılıb: 5 513
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri