Diş və dişəti xəstəliklərinin profilaktikası - təbii ağarma

Müəllif: Mr. OffiCeR
Şərhlər: 2
Baxılıb: 3 886
Səs ver:
(səs: 0)

Diş və dişəti xəstəliklərinin profilaktikası... Dr. Qarabəy Hacıyev 


 . Dişlərin professional şəkildətəmizlənməsiİl ərzində 2 dəfə (hər 6 aydanbir) olmaqla mütləq stomatoloqun profilaktik müayinəsindən keçmək və dişlərin peşəkar səviyyədə təmizlənməsini yerinə yetirmək lazımdır.

Dişlərin peşəkar səviyyədə təmizlənməsi nə üçün vacibdir? Məsələ bundan ibarətdir ki, diş daşlarının müstəqil şəkildə təmizlənməsi, əksər hallarda diş ərpinin (diş daşlarının) tam şəkildə xaric edilməsini təmin etmir. Dişlərin peşəkar səviyyədə təmizlənməsi- ilk öncə diş daşlarının təmizlənməsindən (mexaniki və ya ultrasəs aparatı ilə), daha sonra diş səthinin xüsusi fırçalarla hamarlanmasından, daha sonra isə tərkibində flüor elementi olan xüsusi qoruyucu lakla işlənməsindən ibarətdir. İldə 2 dəfə profilaktik olaraq stomatoloqun müayinəsindən keçmək, dişəti xəstəlikləri riskinin 80%, kariyes xəstəliyinin baş vermə ehtimalının isə 40% azalmasına səbəb olur.

Təsirli profilaktika üsullarından biri də dişlərdə olan fissurların hermetizasiyasından (bağlama, örtmə) ibarətdir. Dişlərin üzərində çox kiçik şırımlar, fissurlar olur və bunlarkariyes prosesinə daha çox meylli olurlar. Ona görə də, ağız boşluğunda olan bakteriyalar üçün orada yerləşmək, möhkəmlənmək və çoxalmaq üçün daha yaxşı və münbit şərait olur. Fissurların örtülməsi üçün çeynəmədə iştirak edən molyar və premolyar dişlərin çeynəmə səthlərinə nazik bir qatla xüsusi qoruyucu material sürtürlür. Nəticədə fissurlar qapanmış olur ki, bu da dişlərin bir çox illər ərzində kariyesdən qorunmasına səbəb olur. Fissurların bu üsulla hermetizasiyasını 6-12 aylarından başlayaraq uşaqlarda çıxan həm süd, həm də daimi dişlərə tətbiq etmək məsləhət görülür.

·Profilaktik baxışdan savayı, hər bir dişdə ilk ağrı əlamətləri hiss olunan kimi, tez bir zamanda stomatoloqun qəbuluna getmək lazımdır.
Hətta dişdə olan ağrını müstəqil şəkildə aradan götürə bilsəniz də, sakitləşərək həkimə getməyi təxirə salmayın! Bu halda proses kəskin haldan xroniki hala keçmiş olur.
Ağızdan pis qoxu gəldikdə, dişətlərində kista (kiçik ağrılı törəmə) əmələ gəldikdə, həmçinin dişətlərindən hətta az miqdarda qanaxmalar olduqda da stomatoloqun qəbuluna getmək vacib hesab edilir.

·Düzgün qidalanmaq dişlərin sağlamlığı üçün də böyük əhəmiyyətə malikdir.
Ağız boşluğunda milyardlarla bakteriyalar "yaşayır”. Orqanizm özü daim onlarla mübarizə aparır, biz isə fırça və diş pastası ilə ona kömək edirik. Ağız boşluğunda olan bakteriyalar karbohidratları – şəkər, qənnadı məmulatları, konfetlər, makaron və s. bu kimi məhsulları çox "sevir”. Onların təsirindən bakteriyaların sayı fəlakətli dərəcədə artır. Buna görə də kariyesin profilaktikası üçün imkan olduqca karbohiratları əsasən səhər və axşam yeməkləri zamanı qəbul etmək və bundan sonra isə dişləri təmizləmək çox vacib hesab edilir. Əgər nahar vaxtı karbohidratlarla zəngin olan qida qəbul etmiş olsanız, qida qəbulundan sonra vaxt taparaq dişlərinizi təmizləməli və ya ağız boşluğunuzu qarqalarla yaxalamalı, bu da mümkün olmadıqda isə, bir neçə dəqiqə ərzində şəkərsiz saqqız çeynəməlisiniz. Çünki saqqız çeynənməsi zamanı ağız suyu miqdarı artır. Tüpürcəyin tərkibində olan bəzi maddələr diş emalını zədələyən mikroblara qarşı antibakterial xüsusiyyətlərə malikdir.Lakin onu da bilmək lazımdır ki, saqqızı 5-7 dəqiqən artıq və acqarnına çeynəmək olmaz!

·Dişlərin sağlamlığını uzun müddət ərzində qorumaq üçün, gün ərzində olan yanğı hissiyyatını qazlı və şirin içkilərlə, kofe və çay ilə deyil, su ilə aradan qaldırmaq daha xeyirli hesab edilir.
Dişlərin sağlamlığı üçün tərkibində flüor elementi olan duzların istifadə edilməsi böyük əhəmiyyətə malikdir. Çünki, bunun nəticəsində tüpürcəyin tərkibində, dişlərin qorunmasında vacib rol oynayan flüoridlərin miqdarının artması baş verir.

Dişlər həmçinin çox soyuq və çox isti qidaları, içkiləri də (xüsusən isə onların növbələnməsini) "sevmirlər”.

Qeyd: Son dövrlərdə yoluxucu xəstəliklər geniş yayılmışdır. Xüsusəndə hepatit B, C, QİÇS (AIDS) viruslarına yüzlərlə, minlərlə insanlar yoluxmuşdur.
Çalışın kabinet şəraitində heç bir şəkildə alətləri sterilizasiya edilməyən, əlcəksiz işləyən, eyni aləti təmizləmədən bir neçə xəstədə işlədən və ən əsası heç bir təhsili, diplomu olmadan sadəcə "dəlləklik" edən dişçilərdən uzaq durun. Sağlamlığınız öz əlinizdədir.


Hörmət və sevgilərlə Dr. Qara bəy Hacıyev
Mob: 055-348-35-25 (Whatsapp)
Facebook adresimiz: http://www.facebook.com/dr.haciyev


(səs: 0)
Şərhlər: 2
Baxılıb: 3 886
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri