Laringit haqqında

Müəllif: Catwoman666
Şərhlər: 6
Baxılıb: 12 899
Səs ver:
(səs: 5)
Qırtlağın iltihabıdır. Kəskin və xroniki laringit ayırd olunur. Çox zaman KRİ,qrip,skarlatina, göy öskürəyin simptomlarından biri kimi ortaya çıxır.

Simptomlar: Səs telleri laringit zamanı vibrasiya qabiliyyətini itirir, xəstənin səsi xırıltılı olur və ya tamamən itir. Tənəffüs çətinləşir, ağrılı,”hürücü” öskürək əmələ gəlir. Tənəffüs yolunun tıxanması bəzən çox ciddi ola bilir, xüsusi ilə uşaqlarda "yalançı boğma” şəklində təzahür edir. Laringit sərbəst xəstəlik kimi səs tellərin gərginliyi, tozla nəfəs alma, boğazın buxar və qazla qıcıqlanması, siqaret çəkmək , spirtli içkilərdən sui istifadə də laringitə yol açır. İltihabi proses qırtlağın bütün selikli qişasını zəbt edə və ya onun bir qismini əhatə edə bilər. Kəskin laringit zamanı qırtlağın selikli qişasının hiperemiyalaşmış və ödemlidir, səs telləri qalınlaşır. Qrip zamanı qırtlağın selikli qişasına qansızma müşahidə olunur (hemoragik laringit) Laringit zamanı xəstələrin boğazda quruluqdan acışmadan , bəzən udma zamanı ağrıdan şikayət edirlər. Öskürək başlanğıcda qurudur, sonralar bəlğəmli xarakter alır. Səs xırıltılı, kobud olur, batır. Kəskin laringitdə baş ağrısı, temperaturun yüksəlməsi müşahidə olunur. 7-10 gün davam edir.

Müalicə: Xəstəyə 5-7 gün ərzində yüksək səslə danışmaq, siqaret çəkmək, spirtli içki içmək, qadağan olunur. Bəzən 15-20 dəqiqəlik buxar inhalyasiyası məsləhət görülür. Fizioterapevtik müalicə (Ultrabənövşəyi şüa,elektroforez) təyin olunur. Proteolitik fermentlər təyin olunur.
(səs: 5)
Şərhlər: 6
Baxılıb: 12 899
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri