Tetanus xəstəliyi

Müəllif: Catwoman666
Şərhlər: 4
Baxılıb: 16 670
Səs ver:
(səs: 2)
Sinir sistemin ağır toksik zədələnmələri ilə xarakterizə olunan xəstəlikdir.

Etiologiya: Törədicisi Clostridium tetanidir. Sporları yalnız paslı dəmirlər və kifli əşyalarda deyil, torpağın üst təbəqəsində çox geniş yayılmışdır. Ona görə də dünyada hər yerdə xəstəliyə yoluxmaq mümkündür. İnkişaf etmiş ölkələrdə nisbətən az görülür. Yeni doğulmuşların tetanusu göbək bağının steril olmayan materialla kəsilməsi ilə törənir ki, bu çox zaman inkişaf etməmiş ölkələrdə görülür. Buna bağlı yeni doğulmuşların ölümləri 10% təşkil edir.Eroin istifadəçilərdə steril olmayan alətlərdən və eroinə əlavə olunan bəzi maddələr tetanusu ortaya çıxa bilir. Xəstələrin 70 % -i 50 yaşdan yuxarı insanlardır, yanıqlar, damardan müalicə , qulaq dəlinməsi , açıq yaralar, donmalar, yanıqlar, əməliyyat yaraları, neonatal dövr riskli vəziyyətdir.

Simptomlar.Klinik gedişi : Bakteriyanın zədələyici təsiri güclü toksini ilə bağlıdır. Bədənə düşən toksin üçün inkubasiya dövrü 2-14 gündür. Bu müddətin 24 saat və daha az olduğu da görülmüşdür.

Tetanusun ilk əlaməti çənənin kilidlənməsi , sonra ənsə sərtliyi, udqunmada çətinlik, qarın əzələlərinin gərilməsidir. Qızdırma, tərləmə qan təzyiqi və ürək vurğulu artır.

İnkubasiya dövrün ardınca nəfəs borusu, qırtlaq və tənəffüs əzələləri də təsiri altına alaraq güclü əzələ spazmları, və mərkəzi sinir sistemi ağır zədələnmələri nəticəsində qısa müddətdə ölüm baş verir.

Ağırlaşmalar: Pnevmoniya, əzələlərin dağılması,onurğa zədələnməsi.

Müalicə: Təhlükəli vəziyyət varsa ( yaralara torpaq dolması, mismar, dəmir batmaları və s) təcili yaxın xəstəxanaya getmək lazımdır. Əgər hiss olunmadan zədələnmədən sonra tetanus əlamətlər ortaya çıxmağa başladıqda xəstə təcili xəstəxanaya aparılmalıdır. Antibiotiklər ,tetanus immun qlobulini tətbiq olunur.

Praqnozu çox ciddidir, yüksək ölüm riski var. Uşaq yaşlarda 60-80% ölüm baş verir.

Profilaktikası: Tetanusdan qorunmanın ən yaxşı yolu vaksinasiyadır. Hamilələr körpələr 50 yaşdan yuxarı insanlarda, torpaq və baxça ilə işləyənlər, ağır, fiziki peşə sahibləri tez-tez açıq yaralanmalara məruz qalanların vaksinasiya olunmaları yaxşıdır.

Əgər tetanusa ehtimal veren hadisə baş veribsə təcili tibb məntəqəsinə gedib vaksinasiya olunmalıdır.
(səs: 2)
Şərhlər: 4
Baxılıb: 16 670
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri