Qalxanvari vəzi ən asan yolla yoxlamaq üsulları

Müəllif: Fialka
Şərhlər: 5
Baxılıb: 5 679
Səs ver:
(səs: 3)
Bu gün milyonlarla insan zob xəstəliyindən əziyyət çəkir. Bunların əksəriyyətini qadınlar təşkil edir. Qalxanabənzər vəz boynun ön qismində yerləşən, böyüklərdə ağırlığı 15-25 qram arasında dəyişən və hər biri 3 sm uzunluğunda iki pay ilə bu payları bağlayan "isthmus” adlanan körpüdən ibarət kəpənək formasında orqandır. Qalxanabənzər vəz T3 və T4 hormonlarını ifraz edərək ürək və sinir sistemi ilə əlaqədar funksiyaları yerinə yetirir. Balaca bir yeri tutmağına baxmayaraq, qalxanvari vəz bütün orqanizmə təsir edir. Qalxanvari vəz normada işləməyəndə insan əhvalsız, gücsüz, yuxulu olur. Qalxanvari vəzin funksiyasının pozulmasıyla bəzən riskli xəsətliklər də əmələ gələ bilər. Orqanizmdə yodu əsas sərf edən qalxanvari vəzdir. Bu vəz insanın zehni və fiziki inkişafı ilə bağlı prosesləri tənzimləyən - tiroksin və triyodtironin hormonlarını yetişdirir.

Bəs həkimə getmədən qalxanvari vəzi necə yoxlaya bilərik?

Qalxanvari vəzin vəziyyətini yoxlamaq üçün güzgü və su lazım olacaq.

Bir qurtum suyu ağzınıza alıb başınızı yuxarı qaldırıb, udqunaraq güzgüyə baxın. Bunu bir neçə dəfə edə bilərsiniz. Qalxanvari  vəzdə hər hansı çıxıntılar varsa, təlaşa düşmək lazım deyil. Həkimə müraciət edin.
(səs: 3)
Şərhlər: 5
Baxılıb: 5 679
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri