Ağız qoxusu hansı xəstəliklərin xəbərçisidir?

Müəllif: Fialka
Şərhlər: 5
Baxılıb: 4 134
Səs ver:
(səs: 1)
Ağız qoxusu həm şəxsi, həm də ictimai həyata mənfi təsir göstərən problemdir. O, təkcə ağız və diş sağlamlığı barədə deyil, həm də ümumi sağlamlıq haqqında ipucları verir.

Türkiyənin tanınmış diş həkimlərindən Yeşim Tüfəkçi  ağız qoxusunun səbəblərindən və ondan xilas olmağın yollarından danışıb.

Həkimin sözlərinə görə, səhərlər oyandıqda ağızda bir az qoxu olması normal hesab edilməlidir:

"Səhərlər hər bir insanda ağız qoxusu müşahidə edilə bilər. Çünki buna gecə boyunca dilin üzərində çoxalan bakteriyalar, həmçinin həzm sistemində yığılan qazlar səbəb olur. Bu vəziyyətlə üzləşdikdə dişləri və dili diş fırçası ilə təmizləmək, lazım gəlsə, tərkibində sink olan xüsusi məhsulla ağzı qarqara etmək olar”.

Həkim yemək yedikdən sonra ağızdan gələn qoxunu da normal hesab edir:

"Qidalandıqdan sonra ağız qoxusunun müşahidə edilməsi normaldır. Sarımsaq yesəniz, bütün gün, ağzınızdan sarımsaq qoxusu gələcək. Bu, soğan üçün də keçərlidir. Odur ki, bu tip qoxulardan xilas olmağın ən asan yolu xüsusi ağız spreyləridir. Gündə bir-iki dəfə bu spreylərdən istifadə etmək olar”.

Həkim bildirir ki, bəzi hallarda ağız qoxusu xəstəlik kimi qəbul edilir və dərhal müalicə olunması vacibdir:

"Müalicəsi vacib olan ağız qoxusu "halitosiz” adlanır. Bu xəstəlik, adətən, diş, diş əti, damaqlardakı iltihablar səbəbindən yaranır.

Əgər dişlərdə, damaqda, ümumiyyətlə, ağız boşluğunda heç bir problem yoxdursa və ya bunların müalicəsindən sonra da qoxu davam edirsə, onda ağız qoxusuna səbəb ola biləcək amili tapmaq üçün müayinədən keçin.

Belə ki, tənəffüs yolu iltihabı, şəkər xəstəliyi, qaraciyər və böyrək çatışmazlığı, maddələr mübadiləsinin pozulması, hamiləlik də ağız qoxusuna səbəb ola bilər”.

Həkim ağız qoxusundan xilas olmaq üçün aşağıdakı həll yollarını təklif edir:
*Çoxlu su için.

*Şirniyyatlardan uzaq durun.

*Qidaları yaxşı çeynəyin.

*Saqqız çeynəyin.

*Nanəli diş məcunundan istifadə edin.

*Siqareti tərgidin.
(səs: 1)
Şərhlər: 5
Baxılıb: 4 134
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri