Zəncirotu allergiyasından xilas olmağın yolları

Müəllif: Mr. OffiCeR
Şərhlər: 5
Baxılıb: 4 289
Səs ver:
(səs: 1)
Yaz aylarında artan zəncirotu allergiyasından mümkün olduğu qədər az təsirlənmək üçün bəzi məqamlara diqqət etmək lazımdır.
Zəncirotu tozcuqlarının aktiv olduğu mövsümdə insanlar digər allergenlərə və tətikləyici amillərə qarşı həddindən artıq həssasdır. Bu səbəbdən təmizliyinizə, ağır qoxulara, tütün məmulatlarına və bu kimi faktorlara diqqət edin.
Zəncirotunun aktivliyi səhər saat 5-dən 10-a qədər ən yüksək həddə olur. Buna görə də bu saatlarda mümkün qədər açıq havada olmamağa səy göstərin.
Quru və küləkli havalarda da zəncirotu yüksək aktivlikdə olur. Şiddətli yağışdan sonra açıq havada olmaq ən uyğun variantdır.
Fiziki fəaliyyətlərinizi zəncirotunun ən az sıxlıqda olduğu zamanlarda həyata keçirməyə çalışın.
Səhərdən axşamın erkən saatlarına qədər – zəncirotunun ən sıx olduğu vaxtda evinizi havalandırmaqdan yayının.
Günün orta saatlarında paltarlarınızı açıq havada qurutmaqdan çəkinin. Çünki zəncirotu çox asan şəkildə paltarlara yapışır.
Çölə geyindiyiniz paltarları evin içində geyinməyin, üzərində zəncirotu ola bilər.
Havalandırma filtrlərini tez-tez təmizləyin.
Yatmazdan əvvəl saçlarınızı yuyun.
Günəş eynəkləri gözünüzdəki narahatlıqları azaltmaqda effektiv ola bilər.
Şiddətli allergiya halında zəncirotunun yüksək aktivlikdə olduğu zamanlarda üz maskası taxın.
Tətildə zəncirotu və kifin çox olmadığı zamanların və yerlərin seçilməsinə üstünlük verin.
(səs: 1)
Şərhlər: 5
Baxılıb: 4 289
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri