Pollinoz - bitki tozcuqlarına qarşı allergiya

Müəllif: Mr. OffiCeR
Şərhlər: 4
Baxılıb: 2 827
Səs ver:
(səs: 1)
Bu çox yayılmış allergik xəstəlikdir. Bu xəstəlik zamanı insanın nəfəs yollarında, gözlərində, dərisində kəskin allergik iltihab inkişaf edir.
Xəstələrdə bu kimi simptomlar əmələ gəlir:
- allergik rinit (zökəm). Allergik rinit zamanı burunda qaşınma, göynəmə hiss olunur, xəstə tez-tez asqırır, xəstənin burnundan selik axır. İltihab udlağa, traxeyaya yayılır - nəticədə boğazda göynəmə və qaşınma hiss olunur.
- allergik konyuktivit (gözlərin selikli qişasının iltihabı). Allergik konyüktivit gözlərin qızarması, qaşınması, gözlərin sulanması ilə müşayiət olunur.
- dəridə səpgilər.
Pollinoz həmçinin öskürək, döş qəfəsində ağırlıq hissi, nəfəsalmanın çətinləşməsi kimi ağır simptomlarla müşayiət oluna bilər.
Pollinozdan əziyyət çəkən insan özünü zəif hiss edir, tez yorulur, əsəbi olur, diqqət və iş qabiliyyəti azalır.
Nadir hallarda pollinozla bağlı olan iltihab həzm, ürək-damar, sidik ifrazı, sinir sistemində də inkişaf edə bilər.
Pollinozu olan insanda xəstəlik yalnız müəyyən mövsümlərdə inkişaf edir, ildən ilə təkrarlanır və müəyyən bitki və ağacların çiçəklənməsi ilə bağlıdır. Belə xəstələr kənd yerlərində özünü daha pis hiss edir (burada tozcuqlar daha çox olur). Çox isti, quru  havada polinozdan əziyyət çəkən insanlarda allergiyanın simptomaları artır, yağışlı, nəm  havada isə azalır.
Qadınlar arasında kişilərlə müqayisədə pollinoza daha tez-tez təsadüf edilir. Şəhər sakinlərində bu pozulmaya 4-6 dəfə daha tez rast gəlinir.
Pollinoza apreldən başlayaraq sentyabr ayına kimi təsadüf edilir. Lakin bu heç də o demək deyil ki, pollinozu olan insanlarda allergik reaksiyalar bütün bu müddət ərzində saxlanılır. Bəzilərində bu yarım ay, 1 ay, digərlərində 2 ay çəkir və hər hansı bitkilərin çiçəklənməsi ilə bağlıdır. Misal üçün, bəzi insanlarda tozağacı, qızılağacı, digərlərində palıd ağacı, fındıq ağacı və s. ağacların tozcuqlarına qarşı allergik reaksiyalar yaranır. Alaq otları (ambroziya, yovşan və s.), yabanı bitkilər, dənli bitkilər çox tez-tez pollinoza səbəb olur.
Pollinozun inkişafının səbəbləri:
- irsiyyət (yaxın qohumların arasında pollinozdan əziyyət çəkən insanların olması),
- süni qidalandırılma. Uşaq vaxtı ana südü ilə qidalandırılan insanlarda bu pozulmaya daha az rast gəlinir.
- tez-tez təkrarlanan respirator infeksiyalar,
- ekoloji şəraitin pis olması.
Pollinozdan əziyyət çəkən insanlara həkimlər belə məsləhətlər verir:
- allergiyaya səbəb olan bitkilərin çiçəklənməsi zamanı evdən daha az çıxmaq (xüsusilə isti və küləkli havada), evdə pencərələri və qapıları bağlı saxlamaq,
- çöldən evə qayıtdıqda dərhal paltarını dəyişmək,
- çöldə mütləq gündən qoruyan eynək taxmaq,
- çöldən evə qayıtdıqda dərhal duş qəbul etmək və selikli qişaları (ağız, burun, gözlər) su ilə yaxşı yumaq,
- digər allergenlərdən uzaq olmaq (lak, boya, yun, tük və s.),
- yaxşı qidalanmaq (pollinozun kəskinləşməsi zamanı bəzi qida məhsulları pəhrizdən çıxarılmalıdır - bunu həkim təyin edir),
- daim allerqoloqun nəzarətində olmaq və lazım olan müalicə almaq.
(səs: 1)
Şərhlər: 4
Baxılıb: 2 827
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri