Yoğun Bağırsaq xərçəngi - I hissə

Müəllif: Mr. OffiCeR
Şərhlər: 1
Baxılıb: 7 035
Səs ver:
(səs: 1)

Yoğun bağırsağın hər bir bölgəsində - kor bağırsaq; qalxan, köndələn və enən çənbər, S-ə bənzər və düz bağırsaqda xərçəng inkişaf edə bilər. Yoğun bağırsağın ayrı-ayrı hissələrinin xərçəngi birlikdə kolorektal xərçəng də adlanır. Amerika Xərçəng Cəmiyyətinin məlumatına görə hər il 112.000 insanda yeni yoğun bağırsaq, 40.000 insanda isə düz bağırsaq xərçəngi aşkar edilir.

Xərçəng necə əmələ gəlir? Ümumiyyətlə, xərçəng normal hüceyrələrin zədələnməsi nəticəsində onların bədxassəli xarakter almasından yaranır. Hər bir nomal hüceyrə öz missiyasını başa vurduqdan sonra ölərək yerini yenilərinə verir və beləliklə yeni yaranan və ölən hüceyrələr arasında bir balans olur. Bu balans insanın həyatı boyu orqanların normal fəaliyyətini təmin edir. Amma xərçəng hüceyrələri isə nəzarətsiz bölünür və çoxalaraq qaynaqlandığı üzvün və qonşu orqanların funksiyalarını pozmağa başlayır.  

Əsasən yoğun bağırsaq xərçəngi kiçik, xoşxassəli adenomatoz polip adlanan hüceyrə yığıntısı kimi başlayır. Zaman keçdikcə bu poliplər yoğun bağırsaq xərçənginə çevrilir. Poliplər kiçik ölçüdə olurlar və əsasən heç bir əlamətlə özünü biruzə vermir. Yoğun bağırsaq xərçənginin ilkin əlamətləri bağırsaq funksiyasında olan pozğunluqlar, nəcisdə qan, davamlı sancılar, qaz və qarında ağrılardır.

Əlamətləri

Xəstəliyin neqativ xüsusiyyətlərindən biri uzun müddət heç bir əlamət vermədən mövcud ola bilməsidir. Əlamətlər o zaman meydana çıxır ki, xərçəng müəyyən ölçü və lokalizasiyaya malik olsun.  Yoğun bağırsaq xərçənginin əsas əlamətləri aşağıdakılardır: 
  - Bağırsaq funksiyasında dəyişikliklərin əmələ gəlməsi. Bu özünü həm ishal, həm də qəbzlik kimi göstərə bilər. Bir neçə həftə ərzində nəcisin konsistensiyasında yaranan dəyişiklik narahatçılığa səbəb olan faktor olmalıdır. 
  - Düz bağırsaqda qanaxma və ya nəcisdə gizli qan 
  - Qarında davamlı narahatçılıq. Bunlara sancılar, qaz və ya ağrılar aid edilə bilər
  - Bağırsaqların tam boşalmaması hissi 
  - Zəiflik və yorğunluq
  - İzah edilə bilməyən arıqlama

Nəcisdə qanın olması xərçəngin əlamətlərindən biri ola bilər. Amma nəzərə alın ki, bu əlamət digər səbəblərlə də bağlı ola bilər. Ən düzgün səbəbi siz həkimin nəzarəti altında lazımı müayinələri keçməklə müəyyən edə bilərsiniz. Nəcis üzərində müəyyən etdiyiniz al qan ləkələri adətən babasil və ya anal dəlikdə yaranan çatlardan qaynaqlanır. Bəzi qidalar, məsələn, qırmızı kök, biyan kökü nəcisin rəngini qırmızıya çevirə bilər. Bəzi dəmir əlavələri və ishal əleyhinə dərman maddələri nəcisin rəngini tündləşdirə bilər.  Bütün bunlara baxmayaraq nəcisdə qan izlərinə şübhə yaranan kimi mütləq həkimlə əlaqə yaradın və onun hər hansı ciddi bir səbəbdən olmasını inkar edin.

Uzman Dr. Türkan Gü

ndüz ilə əlaqə:

Web-sayt: www.proktolog.az

051- 491-75-75

051 453 55 55

Babasil nədir? Yaranma səbəbləri və müalicəsi haqqında ətraflı Azərbaycanın ən müasir üsullarla tam ağrısız və qansız əməliyyat edən uzman cərrahlarından olan Ümumi Cərrah Uzman Dr.Türkan Gündüz`ün video müsahibəsindən tanış ola bilərsiniz:

(səs: 1)
Şərhlər: 1
Baxılıb: 7 035
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri