Varikozun əsas səbəbləri və müalicəsi

Müəllif: Fialka
Şərhlər: 3
Baxılıb: 7 457
Səs ver:
(səs: 3)
Varikoz əsasən genetik olaraq inkişaf edən xəstəlikdir. Varikoz damar cərrahı, mütəxəssis Tufan Şener köklüyün və hərəkət çatışmazlığının da varikoza səbəb olduğunu söyləyib. 
 
Qan damarları öz funksiyalarına görə arteriya və venalara bölünür. Arteriyalar ürəkdən aldıqları, oksigen və qida maddələri ilə zəngin olan al-qırmızı arterial qanı orqan və toxumalara daşıyır. Tərkibindəki qida maddələri və oksigeni toxumalara verərək, maddələr mübadiləsi qalıqlarını və karbon qazını onlardan alır, "ağır”, tünd qırmızı rəngə çevrilən venoz qanı isə venalar vasitəsi ilə ürəyə qaytarılır.
 
Bu zaman aşağı ətraf venaları daha çox gərginliyə məruz qalır. Məhz bu gərginliyin nəticəsində, aşağı ətrafdakı dərialtı venalar öz elastikliyini itirərək bir qədər dartılmış olur, bəzi yerlərdə venoz düyünlər əmələ gəlir. Beləliklə də, venaların varikoz xəstəliyi yaranmış olur. Əlbəttə, varikoz xəstəliyi hamıda inkişaf etmir. Onun yaranmasına bir sıra faktorlar səbəb olur:
 
Varikozun yaranmasını təsir edən amillər
Varikoz genetik bir xəstəlik olmaqla bərabər, bəzi hallarda onun yaranmasına bir çox xarici faktorlar səbəb olur. Məsələn, oturaq və ya ayaqüstü iş bu amillərdən biridir. Bu vəziyyətdə işləyən insanların ayaqlarında venalar gərginliyə məruz qalır. Nəticədə, damarların genişlənmə ehtimalı artır. Hədsiz isti (sauna, hamam) yerdə uzun müddət qalmaq da damar genişlənməsinə yol aça bilər.
 
Hamiləlik vaxtı qadınların 50%-də varikoz xəstəliyinin ilkin əlamətləri meydana çıxır. Orqanizmdə baş verən hormonal dəyişiklik venaların tonusunun azalmasına səbəb olur. Həmçinin, ana bətnində olan dölün böyüməsi nəticəsində, çanaq venaları sıxılır və aşağı ətraf venalarında təzyiq artır. Bütün bunlar hamilə qadınlarda damar genişlənməsini yaradır.
 
Bədən çəkisinin artıq olması da ayaqlara düşən yükü artırır və nəticədə, damar genişlənməsinə səbəb olur.
Ağır fiziki işlə və gərgin idman növləri ilə məşğul olan insanlarda varikoz xəstəliyinin yaranma ehtimalı yüksəkdir.
 
Hormonal preparatlar və dərmanlar bəzi hallarda damar divarının tonusunu zəiflədir və onun elastikliyini artırır. Bu səbəbdən, damarlar genişlənməyə meylli olur. Bundan başqa, həmin preparatların qəbulu damardaxili trombların yaranma riskini də yüksəldir.
 
Müalicə üsulları
Varikoza qarşı hazırda tətbiq olunan fərqli müalicə metodları var. Bu metodlar xəstədəki mövcud varikozun hansı səviyyədə olmasına görə seçilir. Bunun venoz doppler ultra səs müayinəsi  ilə müəyyənləşdirilməsi vacibdir.
Qapalı və açıq üsul
 
Günümüzdə varikoz əməliyyatları klassik və ya qapalı üsullarla həyata keçirilir. Klassik üsulda əsasən varikoz hissələr xüsusi alətlərlə çıxarılır.
Qapalı üsullarda isə venalar lazerlə, radiodalğalar və ya su buxarı ilə içəridən yandırılaraq örtülür.
Varikoz damarların bağlanması nəticəsində qan dövranı yaxşılaşır. Beləcə, bu damarlar hər hansı qan dövranı pozğunluğu yaratmır.
(səs: 3)
Şərhlər: 3
Baxılıb: 7 457
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri