Gərginlik baş ağrıları

Müəllif: Mr. OffiCeR
Şərhlər: 4
Baxılıb: 3 258
Səs ver:
(səs: 2)
Baş ağrılarının ən çox yayılmış növlərindən biri – baş və boyun əzələlərinin gərginləşməsi ilə xarakterizə olunan gərginlik baş ağrılarıdır.
Baş ağrısı hiss edənlərin 90%-i həyatlarının müxtəlif anlarında bu ağrılardan əziyyət çəkirlər.
Əksər hallarda bu cür baş ağrıları – depressiya, stres, zehni yorğunluq, emosional gərginliklə əlaqədar olur. Baş ağrı tutması – imtahandan, dalaşmadan, güclü inciklikdən, şokdan, qəfil xəbərdən (bəzən hətta xoş xəbərdən), yəni insanı həyəcanlandıran hallardan sonra baş verir. Əzələ gərginliyi (gərilməsi) nəticəsində baş verən ağrı, əksər hallarda, uzun müddət diqqət tələb edən ixtisaslarda işləyənlərdə, uzun müddət yazı və ya iş stolu, kompüter, maşın sükanı arxasında işləyənlərdə və s. insanlarda daha çox rast gəlinir. Bundan başqa, insanlar öz işlərini vaxt çatışmazlığı şəraitində icra etdikdə də onlarda baş və boyun əzələlərinin gərginliyi baş verir.
Gərginlikdən yaranan ağrılar, adətən, başın hər iki tərəfində eyni dərəcədə olur, ancaq ənsə və boyun nahiyələrində isə daha çox hiss olunur. Ağrı küt, monoton, təzyiqedici, dartılmış və sızıldayan-fasiləsiz, ancaq pulsasiya etməyən olur. Ağrı tutması günün istənilən vaxtlarında, gecə saatlarında isə nadir hallarda baş verir. Xəstədə elə təəssürat yaranır ki, sanki onun başına çox sıx şəkildə sarğı bağlayaraq məngənədə sıxırlar.
Bu növ ağrının profilaktikası üçün aşağıdakılara əməl etmək lazımdır:
- Onurğanın vəziyyətinə diqqət və qayğı göstərmək, qamətin düzgün olmasını qoruyub saxlamaq. Yazı stolu və kompüter arxasında düzgün oturmaq.
- Yuxunun kifayət qədər olması. Yatarkən hündür olmayan yastıqdan istifadə etmək.
- Oturaq iş zamanı (hətta baş ağrısı olmasa da) müntəzəm olaraq çiyin qurşağı əzələlərini, boyunu və başı öz əllərinizlə massaj etmək.
- Streslərdən uzaq olmaq. Bu mümkün olmadıqda isə stres vəziyyətindən düzgün çıxmaq və bu zaman yaranan stres enerjisini orqanizmi dağıtmaq üçün "daxilə” deyil, onun təsirini neytrallaşdırmaq üçün "xaricə” istiqamətləndirmək lazımdır.
- Əzələlərin gərginləşməsi səbəbindən baş verən baş ağrılarının effektiv profilaktikası üçün bədən tərbiyəsi ilə, idmanla, üzgüçülüklə, qaçmaqla məşğul olmaq, açıq havada gəzmək məsləhət görülür.
(səs: 2)
Şərhlər: 4
Baxılıb: 3 258
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri