İşias - osteoxondrozun ağır fəsadı

Müəllif: NoName
Şərhlər: 4
Baxılıb: 1099
Paylaş:
Səs ver:
(səs: 0)
Oturaq sinir orqanizmin ən böyük siniridir. Oturaq sinir ayaqların əzələlərinə və dərisinə impulslar ötürür.
Bu sinirin iltihabı - işias - çox yayılmış nevroloji xəstəlikdir. İşias zamanı xəstə belin aşağı hissəsində başlayan və daha sonra sağrıya və ayağın arxa tərəfi boyu topuğa kimi yayılan ağrılar hiss edir. Adətən ağrı bir ayaqda hiss olunur. İkitərəfli işias zamanı ağrı iki ayaqda olur. İkitərəfli işias nadir hallarda inkişaf edir.
İşias zamanı ağrılar xroniki tutmaşəkilli xarakter daşıyır - bəzən ağrılar kəskinləşir, bəzən isə azalır və ya tam yox olur. İşias zamanı olan ağrılar müxtəlif ola bilər - sızıldayan və ya yandırıcı, çox kəskin, dözülməz və ya əksinə dözülə bilən. Ağrıdan əlavə xəstə ayaqda həssaslığın və hərəkətliliyinin azalmasını hiss edir, dəridə "qarışqaların yeriməsi" hissi yaranır.
Xəstəliyin səbəbi oturaq sinirinin sıxılması və iltihabıdır. Məhz bu sıxılma və iltihab ağrılara, həssaslığın və hərəkətliliyinin azalmasına səbəb olur.
Xəstəlik inkişaf etdikcə ağrılar çoxalır, xəstə ayağını diz və baldır-pəncə oynağında  bükə bilmir. Zədələnmiş ayaqda əzələlər zəifləyir, hətta qismən fəaliyyətdən qalır və nəticədə kiçilir (buna "atrofiya" deyilir). Ağır vəziyyətlərdə xəstədə sidiyin və (və ya) nəcisin saxlaya bilməməsi kimi patoloji hal inkişaf edir. Bu səbəbdən xəstəliyin müalicəsinə işiasın ilk mərhələlərində başlamaq lazımdır.
İşias bir çox hallarda osteoxondrozun fonunda inkişaf edir. Osteoxondroz zamanı onurğa sütunu fəqərələr arası məsafələr kiçilir ki, bu da oturaq sinirin sıxılmasına və iltihaba səbəb olur. Digər yayılmış səbəb - fəqərələrarası disklərinin yırtığıdır.
Digər səbəblər arasında: onurğa sütunu şişləri, travmalar, soyuqlamalar, infeksiyalar (qripp, vərəm, sifilis və s.) və s. Bəzən işias hamiləlik zamanı inkişaf edir. Hamiləlik zamanı qadının onurğa sütunu ciddi yükləmələrə məruz qalır. Bəzi hallarda onurğa sütunu bu yükləmələrə tab gətirmir və nəticədə qadında müxtəlif pozulmalar (o cümlədən, işias) inkişaf edir.
İşias özünü müxtəlif simptomlarla büruzə verir və bu səbəbdən bəzi hallarda bu xəstəliyin dəqiq diaqnozunu qoymaq çətin olur. Xəstəliyin diaqnostikası və müalicəsi ilə həkim nevroloq məşğul olur. Diaqnostika zamanı rentgenoloji müayinə və maqnit-rezonanslı tomoqrafiya (MRT) istifadə olunur.
Xəstəliyin səbəbindən asılı olaraq xəstəyə müalicə təyin olunur. Müalicə zamanı  ağrısızlaşdıran və iltihabəleyhinə preparatlar (analgin, baralgin, diklofenak və s.), vitaminlər (xüsusilə B qrupu), massaj və müalicəvi bədən tərbiyəsi, manual terapiya, iynəbatırma, fizioterapiya (elektroforez, lazeroterapiya, maqnitoterapiya) istifadə oluna bilər.
Müalicə fərdi şəkildə seçilir - bu xəstəliyin səbəbindən, mərhələsindən, fəsadların olub-olmamasından və s. amillərdən asılıdır. Belə ki, bəzi hallarda müalicə zamanı manual terapiya istifadə olunur və çox yaxşı nəticələr verir. Bəzi hallarda isə manual terapiyanın istifadəsi qəti əks-göstərişdir.
İşiasın səbəbi fəqərələrarası yırtıq və ya şiş olduqda, cərrahi müalicə tətbiq oluna bilər.

loading...
(səs: 0)
Şərhlər: 4
Baxılıb: 1099
Geriyə
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
Offline
efsane..
Allah uzaq etsin
14 mart 2016 08:25
4
Offline
zezema
Allah uzaq elesin!
10 mart 2016 15:42
3
Bir hissimi itirmishem - TEECCUBLENMEK
Offline
vipbetul
Allah uzaq elesin aqrili xesdelikdir
10 mart 2016 14:53
2
Of,If I stretch my hands,do you hold them in your hands,Sir?
Oh, do you look at my tearful eyes even once?
Offline
BARBI
Cox ciddi xestelikdir. Vaxtinda ustune dusmezse ciddi fesadlar torede biler
10 mart 2016 12:50
1
Canımı yaktıktan sonra, hiç birşey olmamış gibi helallik isteyenler! Cehennemde yandığınızı görsem üzerinize benzin dökerim... !

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

Müzakirələr

Azərbaycanım

Xəbər lenti

Astrologiya

Ən çox oxunanlar

Səsvermə

Saytın hansı bölməsini xoşlayırsınız?

Qadınla.Com həyatı
Gündəm - Magazin xəbərləri
Moda
Gözəl qadın
Bizim mətbəx
Sağlıqlı yaşam
Hamiləlik və Analıq
Qadın və Cəmiyyət
Münasibətlər
Həyat tərzi
Bürclər və Qoroskop
Bölümlü Hekayələr
Kişi dünyası
Oyunlar
Video - Musiqi

 
 

Qadın testləri

Aylıq arxiv