Yayılmış skleroz - cavanlar xəstəliyi

Müəllif: NoName
Şərhlər: 3
Baxılıb: 838
Paylaş:
Səs ver:
(səs: 1)
Yayılmış skleroz qoca insanlarda inkişaf edən "skleroz"dan fərqli olaraq cavan insanlarda inkişaf edir.
Bu xəstəlik əksər hallarda 20-40 yaşlar arasında, bəzən hətta kiçik yaşlı uşaqlarda inkişaf edir. 50 yaşından sonra isə bu xəstəliyin riski azalır.
Hal hazırda bu xəstəlik kifayət qədər yayılmış sayılır və ildən ilə bu xəstəlikdən əziyyət çəkən insanların sayı artır. Yayılmış sklerozun əsas təhlükəsi ondan ibarətdir ki, bu xəstəliyin nəticəsində insan əlil qala bilər.
Yayılmış skleroz zamanı məlum olmayan səbəblərə görə immun sistemi hüceyrələri baş və onurğa beyinə daxil olur və burada yad hüceyrələrinə deyil, orqanizmin öz hüceyrələrinə hücum edir - sinir lifləri əhatə edən miyelin qişasını məhv edir. Bu yerlərdə çapıq toxuması əmələ gəlir ki, nəticədə burada beyindən orqanlara gedən sinir impulsların keçməsi pozulur. Bu isə insanda müxtəlif pozulmalara səbəb olur - ayaqlarda və əllərdə həssaslığın pozulması, keyimə hissi, hərəkətliliyin, görmənin, nitqin pozulmaları, davranışın və zehinin pozulması, sidik və nəcisin saxlamaması, ifliclər və s. Simptomlar müxtəlif ola bilər, vaxt keçdikcə simptomlar eyni insanda dəyişilə bilər, tam yox ola bilər və bir müddətdən sonra yenə əmələ gələ bilər.
Çapıq toxuması beyində müxtəlif yerlərdə yayılmış olur ki, məhz bu səbəbdən xəstəlik   "yayılmış skleroz" adlandırılır.
Maraqlıdır ki, cənub ölkələrlə müqayisədə şimal ölkələrində bu xəstəliyə daha tez-tez təsadüf edilir. Yayılmış skleroz avropalılar arasında daha yayılıb. Qadınlarda kişilərlə müqayisədə bu xəstəlik daha çox qeyd edilir. Lakin qadınlarda bu xəstəliyin gedişatı daha yüngül olur. Şəhər sakinlərində bu xəstəliyə daha tez-tez təsadüf edilir.
Bu xəstəliyin dəqiq səbəbi tibdə məlum deyil. Xəstəliyin risk faktorları arasında:
- irsiyyət
- güclü streslər
- bəzi viruslar
- D vitaminin çatışmazlığı
Xəstəliyin vaxtında aşkar olunması çox vacibdir. Müasir preparatların köməyi ilə sinir hüceyrələrinin məhv olunması prosesini xeyli ləngitmək mümkündür. Yayılmış skleroz tam müalicə olunmur, lakin müalicənin köməyi ilə xəstəliyin simptomlarını azaltmaq mümkündür.
Yayılmış sklerozun diaqnozu MRT əsasında qoyulur. Şəkildə çapıq sahələri aydın görünür.

loading...
(səs: 1)
Şərhlər: 3
Baxılıb: 838
Geriyə
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
Offline
efsane..
Allah uzaq etsin
25 mart 2016 20:06
3
Offline
vipbetul
cox sukurki ele xesdeliyim yoxdur
16 mart 2016 15:59
2
Of,If I stretch my hands,do you hold them in your hands,Sir?
Oh, do you look at my tearful eyes even once?
Offline
BARBI
Mende de bu xesteliyin elametleri var. Sebebini deye bilmerem belkede yasadigim asiri stresdir buna sebeb. Cox unutqan olmusam
16 mart 2016 09:16
1
Canımı yaktıktan sonra, hiç birşey olmamış gibi helallik isteyenler! Cehennemde yandığınızı görsem üzerinize benzin dökerim... !

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

Müzakirələr

Azərbaycanım

Xəbər lenti

Astrologiya

Ən çox oxunanlar

Səsvermə

Saytın hansı bölməsini xoşlayırsınız?

Qadınla.Com həyatı
Gündəm - Magazin xəbərləri
Moda
Gözəl qadın
Bizim mətbəx
Sağlıqlı yaşam
Hamiləlik və Analıq
Qadın və Cəmiyyət
Münasibətlər
Həyat tərzi
Bürclər və Qoroskop
Bölümlü Hekayələr
Kişi dünyası
Oyunlar
Video - Musiqi

 
 

Qadın testləri

Aylıq arxiv