Beyində şiş olduğunu göstərən 7 əlamət

Müəllif: Miss_Oxatan
Şərhlər: 7
Baxılıb: 4 483
Səs ver:
(səs: 1)
Qəfildən görmə qabiliyyətinin itməsi, keçməyən baş ağrısı, ürək bulanma və qusma kimi şikayətlər beyin şişinin əlamətləri ola bilər. Meydana gətirdiyi həyati risk səbəbindən ilk vaxtlarda qorxunc bir mənzərə yaradan beyin şişləri düzgün vaxtda və düzgün müalicə üsulları vasitəsilə nəzarətdə saxlanıla bilər. Qadinlar.biz aile.lent.az-a istinadən beyin şişləri haqqında məlumat verir.

Beyin şişləri beyinin içərisində və ya qonşuluğunda yer alan anormal hüceyrə çoxluqlarıdır. Onlar kəllə içərisində bir yeri işğal edir və buna görə də beyinə təzyiq edir.

Beynin müxtəlif hissələri fərqli funksiyaları yerinə yetirir. Buna görə də şişin yerləşməsinə görə bir-birindən fərqli kliniki şikayətlərə səbəb olurlar.

Beyin şişlərinin əsas əlamətləri:

1. Əvvəllər heç vaxt olmadığı kimi xəstənin tez-tez ürək getməsinin baş verməsi
2. Bədənin bir hissəsində hiss və gücün itməsi
3. Az zamanda hiss edilən görmə qabiliyyətinin itməsi, göz və ya qulaqların hər ikisi və ya birinin qabiliyyətinin itməsi
4. Yaddaş və davranış pozuntuları
5. Danışıq qabiliyyətinin korlanması, nizamsızlıq və yerimədə problemlər
6. Hormonal pozuntular və bununla bağlı kliniki simptomlar (əl və ayaqlarda böyümə, menstrual pozuntular və s.) 
7. Baş ağrısı ilə birlikdə ürək bulanma və qusma

Xəstədə beyin şişlərinə işarə edən şikayətlər yaranan kimi ilk növbədə tam nevroloji müayinədən keçməlidir. Əgər müayinənin nəticələri şiş şübhələri yaradırsa, xəstəyə kompüter tomoqrafiyası edilməlidir. Bu müayinədən sonra müalicə üsulu planlaşdırılır və daha dərin müayinələr aparılır.

Şişin dəqiq diaqnozu şiş toxumasının histoloji araşdırılması ilə qoyulur. Son illər standart üsullarla aparılan araşdırmalara əlavə olaraq genetik analizlər də şişin hüceyrə tipi və bioloji davranışını təyin etməkdə çox təsirlidir və ideal müalicə seçimi üçün vacib əhəmiyyət kəsb edir. Şiş müalicəsində əsas məqsəd xəstənin gündəlik həyatına xətər yetirmədən şişi yox etmək və ya ən azı yaşama müddətini uzatmaqdır. Beyin şişlərinin müalicəsində ilk və ən son seçim onları çıxarmaqdır.

Cərrahi müalicədə təyinedici olan faktorlar şişin tipi, yerləşdiyi yer, xəstənin yaşı, ümumi vəziyyəti və xəstədə əməliyyat qərarına təsir edə biləcək problemlərin olub-olmamasıdır. Son zamanlar radioterapiya cihazları da müalicənin təsirlərini artırır. Beyin şişlərinin yerləşməsindən asılı olaraq müalicədən əvvəl və sonra funksiya itkisi yarana bilər. Beynində şiş olan bir xəstəyə müalicə zamanı və sonrakı mərhələlərdə psixoloji kömək məqsədilə söhbətlər aparılmalıdır.
(səs: 1)
Şərhlər: 7
Baxılıb: 4 483
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri