Milyonda 1 rast gəlinən xəstəliklər

Müəllif: Mr. OffiCeR
Şərhlər: 7
Baxılıb: 1 961
Səs ver:
(səs: 2)
Onlar, fiziki və genetik xəstəliklərinə görə digər insanlardan fərqlənir. Milyonda bir rast gəlinən xəstəliklə ölkə-ölkə gəzərək göstərdikləri şoularla milyonlar qazanıblar.
 
Fil adam Cozef Merrik
1862-ci ildə doğulan Cozef Merrikin fiziki problemlərinə görə, 5 yaşında üzvləri böyüməyə başlayıb. Qısa müddətdə dəhçşətli forma alıb. 1884-cü ildən etibarən Merrik bu görüntüsəndən pul qazanmağa başlayıb. Pul qazandığı nümayişlərdən birində onu görən həkim Merrikin müalicəsinə başlayıb. Cozef Merrikin "Proteus" sindromundan bu hala düşdüyü məlum olub. David Lyinsinin "Fil adam" filmində iştirak edən Merrik 27 yaşında yuxuda dünyasını dəyişib.
 
Martle Korbin 1868-ci ildə ABŞ-ın Tennesse ştatında dünyayya gəlib Anadan gəlmə 4 ayaqlı olan Korbinin bu hala düşməsinə səbəb ana rəhmindəki əkizinin ayrılmaması olub. Korbinin 4 qıçı simmetrik deyil. İçəridə qalan qıçları daha kiçikdir. Korbin açıqlamalarının birində bildirib ki, içəridə olan kiçik qıçlarıyla da hərəkət edə bilir. Ancaq yerimək üçün zəifdir.  Korbin 4 qız və 1 oğlan anası olub.
 
Madmazel Qabrielle
1884-cü ildə İsveçrədə doğulan Qabrielle Fuller bədəninin alt hissəsi olmadan doğulub 1900-cü ildə Parisdə sirk şousunda iştirak edib. Dövrün məşhur sirklərindən "Ringling Brothers"də müxtəlif nümayişlər göstərib. İki dəfə evlənən Qabriellenin vücüdunun üst  hissəsi qüsursuz olub.
 
Mari Ann Bevan
1874-cü ildə Londonda doğulub. 1903-cü ildə tibb bacısı işləyərkən meyvəsatanla evlənib. Evləndikdən sonra onda "akromeqali" sindromunun əlamətlərini özünü göstərməyə aşlayıb. Bu sindrom nəticəsində bədənin bir qismi böyüməyə başlayır. Bevanın başı hədsiz şəkildə böyüyür. 1914-cü ildə əri öləndə 4 uşaq sahibi olub.
 
Vanq
1930-cu ildə rusiyalı səyyah tərəfindən kəşf edilən çinli əkinçi Vanqın başında buynuz çıxıb. Vanqın başının arxasında 30 santimetr böyüklüyündə buynuz çıxıb. Rusiyalı səyyah Vanqın fotoşəkilini çəkib məşhur şoumen Robert Ripleyə göndərib. Ripley Vanqa  səhnəyə çıxması üçün böyük miqdarda pul təklif edib. Ancaq Vanqı 1930-cu ildən sonra görən olmayıb.
 
Madam Klofulliya
Madam Klofulliya İsveçrədə doğulub. Andan gəlmə üzündə tükləri olub. Klofulliya 8 yaşında 5 santimetr uzunluğunda saqqala sahib olub. 14 yaşında Avropa turnesinə çıxıb. Parisdə tanış olduğu rəssamla evlənib. Saqqalları Napoleon III-ə bənzədiyi üçün Fransada şöhrət qazanıb. Bu şöhrəti sayəsində Napoleon ona böyük bir almaz hədiyyə edib.
(səs: 2)
Şərhlər: 7
Baxılıb: 1 961
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri