Diş qapağı (koronka) nədir?

Müəllif: Mr. OffiCeR
Şərhlər: 3
Baxılıb: 7 538
Səs ver:
(səs: 1)

Diş qapağı (koronka) nədir?

 
Diş qapağı ağız boşluğunda hər hansı bir səbəblə itirilmiş, olmayan dişlərin və ya bir hissəsi itmiş dişlərin yenidən bərpası üçün istifadə olunan ortopedik konstruksiyalardır. Diş qapaqları bir neçə növdə mövcuddur. Bunlar  əvvəllər daha çox bilinən metal qapaqlar, titan qapaqlar daha sonralar metal plastmas qapaqlarla əvəz olunmuşdur. Günümüzdə daha çox metal keramika, zinkonim qapaqlar, lamina-vinirlər, metalsız keramika qrupundan  presskeramika və s. mövcuddur. Bu qapaqlar dişlərin bütövlüyünü bərpa etməklə bərabər həmçinin estetik önəmdə daşıyır. Bu qapaqları hazırlayaraq xəstələrin estetik xüsusiyyətlə yanaşı, anatomik ehtiyaclarını da qarşılayırıq. Diş tacı tamamilə itirilmiş hallarda da bu qapaqlardan istifadə olunur. əgər dişin kökü sağlamdırsa, bu kökdən dəstək alaraq  post-kor və s. metodlarla həmin dişi bərpa edib, üzərini qapaqla örtə bilirik.  



Diş qapağı (koronka) qoyulan dişdə nə kimi problemlər meydana gələ bilər?

 
Diş qapaqlarını hazırladığımız zaman dişlərin toxumasından müəyyən miqdar götürməli oluruq. Bu toxumanın götürülməsi zamanı (buna dişlərin yonulması deyilir)  dişlərin yonulma zamanı soyudulmasına  diqqət edilməlidir. Diş həkimləri dişin yonulmasından sonra bu soyutmanı etməzlərsə, dişlərin daxilindəki pulpa kamerasında yerləşən toxumalarda isinməyə bağlı olaraq iltihablaşma başlaya bilər. Bu isə dişin yonulması zamanı dişin sinirinin çıxarılmasına gətirib çıxara bilər. Bilmək lazımdır ki, dişlərə qapaq hazırlayan zaman dişlərin siniri çıxarılmamalıdır. Amma keçmişdən bu günə qədər bu qanuna əməl olunmamışdır. Dişin yonulması zamanı pulpa kamerasında açılma olarsa və ya sonrakı dönəmdə ağrı ortaya çıxarsa, bu zaman diş sinirini çıxarma zərurəti ortaya çıxa bilər. Qapaq hazırlandıqdan sonra düzgün gigiyenik prosedurlara riayət olunmazsa, dişlərin ətrafında ərp əmələ gələ bilər. Çürümələr ortaya çıxa bilər, bu, qapaq altında görünə bilməz, amma diş çürüməsinə gətirib çıxara bilər. Diş qapağı hazırlayarkən dişin anatomiyasına uyğun diş qapağı hazırlamırıqsa, dişin ətrafında yerləşən ətlərdə qızarıqlıqlar, daha sonra bu iltihablaşmanın davamı olaraq diş ətlərində çəkilmələr ortaya çıxar. Qapaqlar kənara çıxmış olar, pasientlər ağrı,  həssaslıq hiss edə bilərlər. 



Diş qapağı (koronka) qoyduranlar nələrə diqqət etməlidirlər?

 
Diş qapaqları hazırlanmış pasientlər bu diş qapaqlarını ağız boşluğunda digər dişlərdən seçməməlidirlər. Digər dişlərə necə qulluq edirlərsə, qapaq hazırlanmış dişlərə də eyni şəkildə qulluq etməlidirlər. Bunlara nələr daxildir?



1. Diş sapları vasitəsilə dişlərin arası mütəmadi olaraq təmizlənməlidir və dişlər ən azı gündə iki dəfə fırçalanmalıdır.

2. Əgər ağız boşluğunda körpüyə bənzər konstruksiyalar varsa, iki dişin arasında olmayan hissə sonradan bərpa olunubsa,  həmin qapaqların təmizlənməsi üçün xüsusi saplar vardır və təmizlik üçün bu saplardan istifadə edilməlidir. Bu saplar bir çox yerlərdə satılır və onları istifadə etmədən əvvəl  istifadə qaydaları ilə tanış olmalıdırlar. Bu saplardan istifadə etdikləri təqdirdə iltihablanma, ağız qoxusu ilə qarşılaşmazlar. Diş qapaqları yapışdırıldığı gün xəstələr bu qapaqlara çox təzyiq etməməli, passiv tutmaları məsləhət görülür ki, yapışdırıcı sementin sərtləşməsi  1 günə qədər vaxt alır və bundan sonra normal istifadəyə yararlı hala gəlir. Diş qapaqları qoyulduqdan sonra digər müalicə vasitələri  tətbiq edilməli, ağızda problem olmasa belə, 6 aydan bir həkim nəzarətindən
keçdikləri kimi  diş qapaqlarını da nəzarətdə saxlamaları müsbət olar. Belə olan halda çürümələrdən, diş əti iltihablarından əvvəlcədən xəbərdar olarlar  və gələcəkdə bu problemlərin daha da ağırlaşmasının qarşısını alarlar.

 

Diş qapağı materialı seçərkən nələrə diqqət edilməlidir?

 
Diş qapaqları bir neçə materialdan hazırlana bilir. Bu materiallar keçmişdən bu günə qədər diş həkimləri tərəfindən rezalusiyalara uğramış,  hal-hazırda dişin ən gözəl formasını əks etdirə biləcək materialların stamatologiyalarda istifadəsinə gəlib çıxmışdır. Bunlar plastmas, keramika, zirkonium və s. materiallardır. Hal-hazırda belə bir fikir vardır ki, sirkonium qapaqlar metal qapaqlardan daha möhkəmdir. Əslində isə bu belə deyil. Sirkonium qapaqların təzyiqə davamlılığı 800-900 meqapaskal olduğu halda, metal qapaqların davamlılığı 1000-1100 meqapaskal arasında dəyişir.  ona görə biz bu konstruksiyaları seçdiyimiz zaman xəstələri bu haqda məlumatlandırmalıyıq. Sirkonium qapaqlarda əslində metaldır. Element olaraq metaldır, amma bildiyimiz metal keramika qapaqlarından fərqi odur ki, sirkonium əldə edilmiş ən estetik  və ağız boşluğu üçün ən sərt materialdır. Onun estetikliyinin əsas səbəbi zirkoniumun işığı keçirməsidir. Hazırlanmış qapaqların estetikası onun işıq keçirmə özəlliyinə bağlı olur. buna görə materialın nə qədər çox işıq keçirmə özəlliyi varsa,  bir o qədər çox estetik gözəllik alacaq. Bundan əlavə laminavinirlər mövcuddur. Bunlar daha çox dişlərin ön hissələrinə bağlamaq üçün istifadə olunur. Bu materiallar təzyiq və dayanıqlığa az davamlı olurlar. Bunların istifadəsi üçün xüsusi göstərişlər var və hər vəziyyətdə laminavinir qapaqların əks göstərişləri də ola bilər. Bundan əlavə qızıl qapaqlar da mövcuddur. Keçmişdə daha çox istifadə olunan qapaq növü idi və hal-hazırda daha az istifadə edirlər.

MƏNBƏ: Eksperttv.az
 


Qeyd:Diş sırasındakı qüsurlarvaxtındabərpaedilmədikdə, çəkilmişdişinyanındakı dişlərveantoqonist (görüşdüyü) dişlərboşluğadoğruyerinidəyişirvə buzamandiş alveol çıxıntısı ilə birlikdə uzandığı üçünbərpaetmək çox çətinolur. Odurki, vaxtındahəkimə müraciətedin...



Hörmətvə sevgilərlə Dr. QarabəyHacıyev

Mob: 055-348-35-25 (WhatsApp)

Facebookadresimiz: http://www.facebook.com/dr.haciyev



Diş qapağı (koronka) nədir?


 



 


(səs: 1)
Şərhlər: 3
Baxılıb: 7 538
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri