Göz sağlamlığında doğru bilinən səhvlər

Müəllif: NoName
Şərhlər:
Baxılıb: 2491
Paylaş:
Səs ver:
(səs: 0)

alt


Texnikanın həyatımızın hər sahəsinə müdaxilə etməsi insan orqanizminə də təsirsiz ötüşmür. Belə təsirlərdən çox ziyan görən insan orqanlarından biri də gözlərdir. Çox adam gündəlik görülən işlərdən, səsləndirilən fikirlərdən hansının doğru olub-olmadığını bilmir. Məsələn, "Yaxından televizora baxmaq gözə ziyandır?", "Yerkökü yemək göz nurunu artırır?" kimi suallara düşünmədən "hə" cavabını verəcək. Ancaq xalq arasında yayılan, lakin doğru olmayan çox bilgi gözə qulluqla bağlı insanların səhv addım atmasına səbəb ola bilər.
Anspress-in məlumatına görə, türkiyəli professor Can Üstündağ göz sağlamlığı ilə doğru bilinən səhvləri açıqlayıb.
- Eynək və ya linza taxmaq göz qüsurunun irəliləməsinə mane olur.
Doğru: Eynək və ya linzanın göz qüsurunun irəliləməsində hər hansı təsiri yoxdur. Bunun tək məqsədi daha yaxşı görməni təmin etməkdir.
- Əgər insan uzağı və yaxını yaxşı görürsə, deməli, gözü sağlamdır.
Doğru: Xüsusilə, gənc yaşlarında insan yaxşı və aydın görsə də, onda astiqmatizm ola bilər.
- Çox ağlamaq gözyaşını qurudur.
Doğru: Ağlamaq psixoloji hadisədir. Ağlamaqla göz yaşı qurumaz.
- Sakitləşdirici gözlük baş və göz ağrısını azaldır.
Doğru: Sakitləşdirici eynək deyə bir şey yoxdur. Bu adla satılan eynəklərin heç bir faydası yoxdur.
- Duzlu yeməklər göz sağlamlığına pis təsir edir.
Doğru: Duz yüksək təzyiq kimi xəstəliklər olan zaman pis təsir göstərə bilər. Onun göz sağlamlığına heç bir təsiri yoxdur.
- Yaxından televizora baxmaq və ya kitab oxumaq görməyə mənfi təsir edir.
Doğru: Adıçəkilən amillərin göz sağlamlığı üzərində böyük təsiri yoxdur.
- Yerkökü yemək gözün işığını artırır.
Doğru: Göz sağlamlığı üçün gərəkli olan vitamin və mineralların çoxu meyvə, tərəvəzdə var. Onlardan faydalanmaq üçün müntəzəm olaraq qəbul etmək lazımdır.
- Katarakt sadəcə yaşlılarda olur.
Doğru: Katarakt daha çox yaşlı insanlarda müşahidə edilir. Ancaq bu xəstəlik uşaqlarda, gənclərdə də ola bilər.
- Katarakt bir gözdən digərinə keçə bilər.
Doğru: Katarakt bir gözdən başqasına keçmir, ancaq çox zaman iki tərəflidir.
- Uzun müddət kompüterlə işləmək görməni azaldır.
- Kompüterlə uzun müddət işləmək kiçik göz qüsurlarının meydana çıxmasına səbəb ola bilər.
- Körpələr eynək taxa bilməzlər.
- Körpələr 3 aylığından sonra eynək taxa bilərlər.
- Uşaqlıqda olan çəpgüzlük böyüyəndə sağalır.
- Bəzi çəpgözlüklər çox ciddi ola bilər. Onlar vaxtında müalicə edilməlidir. Bunlar müalicə olunmasa, gələcəkdə göz tənbəlliyi, görmənin itirilməsi kimi ciddi xəstəliklərə yol aça bilər.
- Göz damcısı tökəndən sonra göz qapaqlarını sıxmaq lazımdır.
- Gözə hər hansı dərman tökəndən sonra onları sadəcə yatanda olduğu kimi yüngül formada bağlamaq lazımdır. Əks halda dərman göz yaşı kanalı ilə burun boşluğuna keçərək təsirini azalda bilər.

loading...
(səs: 0)
Şərhlər:
Baxılıb: 2491
Geriyə
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.

Müzakirələr

Azərbaycanım

Xəbər lenti

Astrologiya

Ən çox oxunanlar

Səsvermə

Saytın hansı bölməsini xoşlayırsınız?

Qadınla.Com həyatı
Gündəm - Magazin xəbərləri
Moda
Gözəl qadın
Bizim mətbəx
Sağlıqlı yaşam
Hamiləlik və Analıq
Qadın və Cəmiyyət
Münasibətlər
Həyat tərzi
Bürclər və Qoroskop
Bölümlü Hekayələr
Kişi dünyası
Oyunlar
Video - Musiqi

 
 

Qadın testləri

Aylıq arxiv