Yediklərimiz,
içdiklərimiz bağırsaqlara birbaşa təsir edir. Ciddi xəstəlik kimi qəbul
etmədiyimiz qəbizlik isə daha pis xəstəliklərə, eləcə də bağırsaq xərçənginə şərait yaradır. Bu kimi problemlərin qarşısını almaq üçün aşağıdakı tövsiyələrə əməl etmək lazımdır:
Hər gün eyni saatda yeyin!
Səhər
yeməyini gec yeyən və gündə 3 dəfə qidalanmayan insanlar bağırsaq
problemləri ilə üzləşməli olurlar. Ona görə də, saat 07:00-09:00
arasında səhər yeməyinizi, 12.00-14.00 arasında isə günorta yeməyinizi
yeyin. Axşam yeməyini isə ən gec saat 20.00-da yeməlisiniz.
Liftdən istifadə etməyin!
Gün
ərzində nə qədər çox addım atsanız, bağırsaqlarınız da bir o qədər
sağlam olar. Gündə heç olmasa 30 dəqiqə sürətli addımlarla yeriyin.
Liftdən istifadə etməyin.
Hər öyündə salat yeyin!
Salatların
tərkibinə vurulan pomidor, xiyar, bibər kimi çiy tərəvəzlər
bağırsaqların yaxşı işləməsi üçün vacibdir. Salat liflə zəngin olur.
Salatınıza 1 çay qaşığı zeytun yağı əlavə edərək bağırsaqların
sağlamlığını qoruya bilərsiniz.
Su için!
Gün əzrində mütləq 10 stəkan su içməlisiniz. Günə 1 stəkan ilıq su ilə başlayın.
Çox çeynəyin!
Yemək
yeyərkən kiçik loxmalar alın. Loxmaları yaxşıca çeynəyin. Xörəyi
yavaş-yavaş və yaxşı çiynərəyərək yemək həzm sisteminə əhəmiyyətli
dərəcədə müsbət təsir edir.
Liflə zəngin qidalar yeyin!
Quru lobya, noxud, yaşıl mərci ən zəngin lif qaynaqlarıdır. Odur ki, həftədə 2 dəfə paxlalı bitkilər yeyin.
Meyvə yeyin!
Gündə
ən az 2 porsiya meyvə yeməlisiniz. Meyvələri qabıqlı yeyin. Alma
bağırsaqlar üçün ən faydalı meyvədir. Banan və şaftalı isə yumşaq
olduqları üçün həzmə elə də yaxşı təsir etmirlər.
Qəhvə və çaydan imtina edin!
Əgər bağırsaqlarınızın daim sağlam qalmasını istəyirsinizsə, həddən artıq çay və qəhvə içməyin. Yaşıl çaya üstünlük verin.