Podaqranın müalicəsi

Müəllif: Mr. OffiCeR
Şərhlər: 6
Baxılıb: 12 157
Səs ver:
(səs: 0)
Podaqra orqanizimdə purin mübadiləsinin pozulmasından əmələ gələn bir xəstəlikdir.

Bu xəstəlik zamanı ayaq, baş barmağının çöl hissələrində, dabanların altında, diz oynaqlarının ətraflarında şişkinlik və güclü ağrılar olur.

Əgər sizdə belə hallar varsa, qanın analizini vermək lazımdır. Bu zaman sidik turşusunun miqdarı normadan çoxdursa, deməli sizdə podaqra əlamətləri var. Bundan sonra böyrəklərinizi də yoxlatdırın, çünkü bu zaman böyrəklərdə çox vaxt urat mənşəli duzlar olur.

Podaqra çox ət yeyən, əsasən mal əti yeyən insanlarda daha çox olur. Bu zaman ət, balıq, göbələk kimi məhsullar azaldılmalı, təzə tərəvəz yeməklərinə, əsasən salatlar daha çox yeyilməlidir. Orqanizm bu zaman daha çox turş mühitə çevrildiyindən mütləq hidrokarbonat mənşəli mineral sulardan gündə 2 stekan içilməsi məsləhətdir ki, bədənimizin mühiti qələviləşsin.

Gündə bir dəfə yemekdən əvvəl bir xörək qaşığı alma sirkəsi içmək də faydalıdır.

Gündə bir dəfə yeməkdən əvvəl bir xörək qaşığı zeytun yağı (rafine edilməmiş) içmək də faydalıdır.

Podaqra üçün resept:
Ayıqulağı – 100 qram
Mərcangilə yarpağı – 200 qram
Qatırquyruğu otu – 100 qram
Quş qırxbuğum otu – 100 qram
İtburnu meyvəsi- 100 qram
Bu bitkiləri qarışdırın, qarışıqdan 2 xörək qaşığı 3 stekan suda termosda dəmləyin, gündə üç dəfə yeməkdən əvvəl bir stekan için
(səs: 0)
Şərhlər: 6
Baxılıb: 12 157
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri