Bud sümüyü başının aseptik nekrozu

Müəllif: Mr. OffiCeR
Şərhlər: 2
Baxılıb: 6 058
Səs ver:
(səs: 1)
Bud sümüyü başının aseptik nekrozu bud-çanaq oynağının çox ağır xəstəliyi olub, sümük toxumalarının tədricən ölməsi ilə xarakterizə olunur.
Sümüyün aseptik nekrozuna gətirib çıxaran səbəblər:

Bud-çanaq oynağının travmaları (bud sümüyü boynunun qırıqları, bud-çanaq oynağının çıxıqları və s.)
Sistematik baş verən mikrotravma və oynağın normadan artıq fiziki yüklənməsi (əsasən idmançılarda)
Dərman preparatlarının təsiri ( sitostatiklər, uzun müddətli bəzi antibiotik və hormonal preparatların istifadə olunması)
Spirtli içkilərdən normadan artıq istifadə etmək
Müxtəlif xəstəliklər (sistemli qırmızı qurd eşənəyi, Bexterev xəstəliyi, osteopeniya, osteoporoz, revmatoid artrit və s.)
Endotelial disfunksiya ilə müşayiət olunan xəstəliklər ( soyuqdəymə, iltihabi proseslər)
Yüksək təzyiqin təsiri ( şaxtaçı və dalğıclarda). Düzgün olmayan dekompressiya nəticəsində qanda hava qabarcıqları yarana bilər, onlar da öz növbsində damar tıxanıqlıqlarına gətirib çıxarır.
 
Xəstəliyin 4 mərhələsi ayırd edilir: 
Birinci mərhələ. Təxminən 6 ay çəkir. Bu mərhələdə sümük nəzərəçarpmayacaq dərəcədə, təxminən 10% zədələnmiş olur. Hərəkət məhdudiyyəti olmur. Periodik olaraq qasıq nahiyəsinə yayılan ağrılar meydana çıxır.
İkinci mərhələ impression sınıq mərhələsi də adlandırılır. Bud sümüyü boynunun səthində çatlar müşahidə olunur. Zədələnmə 10-30%-dir. Oynaqda hərəkət məhdudiyyəti yaranmış olur ( yana hərəkət və rotasiya). Ağrılar daimi, güclü olur və qasıq nahiyəsinə yayılır.
Üçüncü mərhələdə ikincili artroz  yaranır, prosesə sirkə kasası da qoşulur. Toxuma zədələnməsi 30-50% təşkil edir. Oynağın hərəkətliliyi kəskin azalmış olur. Bu mərhələdə ağrılar artıq güclü və daimi olur.
Dördüncü mərhələdə bud sümüyü başının tam dağılması baş verir. Bud-çanaq oynağı nahiyəsində daimi ağrılar, bud sümüyü əzələləri və sağrı əzələləri atrofiyaya uğramış olur. Sümüyün quruluşunda qüsurlar yaranır. Oynaqda hərəkət minimaldır.
 
Əsas simptom  gəzən və  "xəstə ayağının” üstündə duran zaman bud-çanaq oynağında baş verən ağrılardır. İrəliləmiş mərhələlərdə xəstə artıq axsayır və oynağın hərəkətliliyi pozulmuş olur. Gec mərhələlərdə isə ağrı heç vaxt xəstəni tərk etmir.
Diaqnostikası  klinikası və rentgenoloji əlamətlər nəzərə alaraq qoyulur. Qeyd etmək lazımdır ki, rentgen xəstəliyin daha irəliləmiş mərhələlərində dəqiq informasiya verir. Buna görə əksər hallarda MRT-dən  (maqnit-rezonans müayinə) istifadə olunur. Bu müayinə üsulu xəstəliyin ən erkən mərhələlərində belə sümükdə gedən ən kiçik dəyişiklikləri aşkara çıxararaq diaqnozu dəqiqləşdirməyə imkan verir.
Müalicəsi xəstəliyin mərhələsindən, xəstənin yaşından, fizioloji xüsusiyyətlərindən  asılı olaraq dəyişir. Hələ də bud sümüyü başının qidalanmasını təmin edəcək dərman preparatları olmadığından müalicə demək olar ki, cərrahidir.  Burada aparılan cərrahi əməliyyatların müxtəlif növləri var: qan dövranını bərpa etmək üçün bud sümüyünün dekompressiyası, autotransplantatın köçürülməsi, endoprotezləşdirmə əməliyyatları.
(səs: 1)
Şərhlər: 2
Baxılıb: 6 058
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri