Bud-çanaq oynağının kistası

Müəllif: Mr. OffiCeR
Şərhlər: 3
Baxılıb: 4 470
Səs ver:
(səs: 1)
Bud-çanaq oynağının kistası, ən çox aşağı ətraflarda rast gəlinən içərisində maye ilə dolu olan boşluqdur. Bud-çanaq oynağında hərəkət zamanı  diskomfort, ağrı, şişkinliklə xarakterizə olunur. Lakin onu da qeyd etmək lazımdır ki, bu əlamətlər nadir halda özünü göstərir, belə ki, xəstəliyin başlanğıcında xəstəni heç nə narahat etmir.
Kista toxumların ölməsi nəticəsində meydana çıxır ( iltihabın nəticəsi). Sonradan zədələnmiş toxuma yumşalır, qonşuluqdakı toxumaları zədələyərək sorulur. Belə deformasiyalar əsasən, artrit, artroz kimi xəstəliklər, həmçinin qığırdaq və oynağın özünün travmaları nəticəsində meydana çıxır.
Diaqnozu klinik əlamətlər, rentgenoloji müayinə, USM (ultrasəs), MRT (maqnit-rezonans tomoqrafiya) müayinələrinin əsasında qoyulur. Bundan əlavə, həkim kistanın tərkibini öyrənmək üçün punksiya həyata keçirə bilər. Bu, hər bir vəziyyətdə daha rasional müalicə aparılmasına şərait yaradır.

Müalicədə kista daxilindəki mayenin çıxarılmasının heç bir əhəmiyyəti yoxdur. Çünki o, vaxtaşırı olaraq yenidən yaranır. Bundan əlavə, aparılan fizioterapevtik müalicələr, elastik bint, ağrıkəsici mazlar və s.dən istifadə tam effekt vermir. Bu halda ən effektiv müalicə cərrahidir. Əməliyyata göstərişlər:

Partlamaq təhlükəsi olan böyümüş kista
Ətraf damar və sinirlərə kistanın mənfi təsiri (kista onları sıxa bilər)
Tromboflebit kimi ağırlaşmalar verə bilmə ehtimalı.
(səs: 1)
Şərhlər: 3
Baxılıb: 4 470
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri