Deformasiyedici artrozun (Osteartroz) müalicəsi

Müəllif: Mr. OffiCeR
Şərhlər: 1
Baxılıb: 3 847
Səs ver:
(səs: 0)
Hazırda artrozun müalicəsində çoxsaylı metodlardan istifadə olunur. Xəstəliyin mərhələsindən asılı olaraq müalicə müxtəlifdir. Məsələn, III dərəcəli artrozda müalicə yalnız cərrahidir, burada endoprotezləşdirmə əməliyyatı aparılır. Endoprotezləşdirmə dedikdə, dağılmış oynağın süni oynaqla əvəz olunması nəzərdə tutulur. Texniki olaraq bu, çox çətin əməliyyatdır. I və II mərhələdə müalicə konservativdir.
Müalicə metodları:
Qeyri-steroid iltihab əleyhinə dərman preparatları (indometasin, piroksikam, ketoprofen, brufen, diklofenak, ibuprofen və s.) Bu metod oynağın reaktiv iltihab mərhələsində göstərişdir. Preparatlar güclü iltihabəleyhinə xüsusiyyətlərinə görə ağrını, şişkinliyi və iltihabın özünü çox yaxşı aradan götürür. Lakin uzun müddət onların istifadəsi zamanı bu qrup preparatlar oynaq qığırdağının təbii yolla bərpasının qarşısını alır və müxtəlif əlavə təsirləri digər orqanlara təsir edir ( mədə-bağırsaq sistemi və s.)  Onu da qeyd etmək lazımdır ki, eyni vaxtda bir neçə iltihab əleyhinə preparatdan istifadə etmək qətiyyən olmaz, əgər preparat artıq effekt vermirsə həkim təyinatı ilə ya dozanı qaldırmaq, ya da digər preparatla əvəz etmək lazımdır.
Damargenişləndirici dərman preparatları ( teonikol, trental, nikoşpan, sinarezin və s.) Damarların hamar muskulaturasını boşaldır, onları genişləndirir. Düzgün istifadəsi zamanı çox az əks-göstərişə malikdir. Oynağın qanla təchizatını yaxşılaşdırdığı, lazımi qidalı maddələri oynağa "daşıdığı”  və kiçik damarların spazmını aradan götürdüyü üçün oynağın funksiyalarının bərpa olmasına yardım edir. Bundan əlavə, damargenişləndirən prepatlar gecə "damar” ağrılarını aradan götürmüş olur.
Əzələ boşalması üçün preparatlar- miorelaksatlar (Midokalm, Sirdalud). Preparatlar ehtiyatla istifadə olunmalıdır. Oynağın qan dövranını yaxşılaşdırır, ağrılı əzələ spazmını aradan qaldırır. Mənfi cəhətləri odur ki, sinir sisteminə təsir edərək, başgicəllənmə, yaddaşın tormozlanması  və  halsızlıq yarada bilər.
Qığırdağın bərpa olunmasını təmin edən preparatlar- xondroprotektorlar (qlükozamin, rumalon, dona, struktum, xondraitin sulfat, arteparon  və .s) Artrozun müalicəsində ən effektiv və xeyirli preparatlardır. Qığırdağın strukturunu bərpa edir, onu lazım olan elementlərlə təmin edir. Xondroprotektorların requlyar olaraq istifadə olunması artrozun inkişafını saxlaya bilər. Əks göstərişləri hamiləlik, preparata qarşı reaksiya və oynaqların iltihabıdır.
Steroidlər- hormonal dərman preparatları  (hidrokartizon, kenaloq, diprospan və s.) Bəzi hallarda bu preparatlar lazımdır və yaxşı effekt verir, xüsusilə də vətərlərin iltihabı kimi yanaşı xəstəliklər olduqda. Əks-göstərişləri çoxdur.
Yerli istifadə olunan preparatlar- maz, kompress. Çox böyük effekti olmasa da, müəyyən qədər ağrını götürməyə yardım edir.
Fizioterapiya (elektroterapiya, maqnitoterapiya, induktotermiya, ultrasəs terapiyası, lazer terapiyası, aeroionoterapiya və s.
Hialuron turşusu ilə müalicə. Hazırda artrozun müalicəsində ən effektiv və təhlükəsiz metodlardan hesab olunur. Hialuron turşusu normada sağlam oynağın sinovial qişasının ən vacib elementlərindən biridir. Artroz zamanı oynaqda olan hialuron turşusu normadakından 2-3 dəfə azalır. Bu da öz növbəsində oynağın sürtülməsinin artmasını və oynaq qığırdağında degenerativ proseslərin artmasına gətirib çıxarır. Hialuron turşusu oynaqdaxilinə yeridilir. Onun yeridilməsi oynaq toxumalarındakı maddələr mübadiləsinin yaxşılaşmasına gətirib çıxarır. Həmçinin, sürtülən səthlərin "yağlanması” da baş verir, fiziki yük oynaq qığırdağına düşür, maddəllər mübadiləsinin yaxşılaşmasına görə qığırdaq və oynaqətrafı toxumaların iltihabi prosesləri sağalır,  bu d a öz növbəsində ağrıların azalmasına və oynaqda hərəkətliliyin bərpasına səbəb olur. Tədqiqatlar göstərir ki, hialuron turşusu ilə müalicə qığırdağın proqressiv distrofiyasının qarşısını alır, əlilləşmə faizini aşağı salır və uzun müddət  endoprotezləşmə əməliyyatının vaxtını uzada bilir.
(səs: 0)
Şərhlər: 1
Baxılıb: 3 847
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri