Düpyüitren kontrakturası

Müəllif: NoName
Şərhlər: 1
Baxılıb: 534
Paylaş:
Səs ver:
(səs: 0)
Düpyüitren kontrakturası əl pəncəsi vətərlərinin ağrısız çapıqlaşma və qısalması olub, əl barmaqlarının funksiyalarının itirilməsi və deformasiyası ilə müşayiət olunan xəstəlikdir.Xəstəlik ən çox kişilərdə, 45 yaşından sonra meydana çıxır. Səbəblərdən genetik meyli göstərmək olar. Xroniki travmatizasiya, barmaqlarda qidalanma pozğunluğu risk faktorlarına daxildir. Dəqiq səbəbləri hələ də məlum deyil.

Simptomlar:
Ovucda düyünlər və qalınlaşmalar
Dəri altında sallanmalar əmələ gəlir və onlar tədricən qalınlaşır
Ağırlaşmış barmaqlar qatlanmır
İrəliləmiş mərhələdə barmaqlarda hissiyyat itmiş olur

Bu xəstəlikdə ovuc aponevrozunun çapıqlaşması prosesi gedir- barmaqların dərisi altında olan birləşdirici toxumadan ibarət plastinlər. Xəstəlik tədricən inkişaf edir və bir neçə mərhələdən ibarətdir:
İlk mərhələdə barmaqların içəri səthində düyün və sallanmalar yaranır, barmaqların hərəkətliliyi normaldır
İkinci mərhələdə barmaqlar yaranmış sallanmalara görə dartılır və oynaqlarda 90 dərəcə bucaq altında bükülür
Üçüncü mərhələdə barmaqlar 90 dərəcədən artıq bükülmüş olur, hərəkəti çox çətinləşir, barmaqların hissiyatı azalmış olur. Dəri çatlayaraq perqamentə bənzəyir.
 
Proqnoz: müalicəsiz xəstəlik inkişaf edir. Bir və ikinci mərhələlərdə cərrahi müalicə ilə barmaqların funksiyasını tam bərpa etmək olur.
Ağırlaşmaları oynaqlarda tam hərəkətsizlik və geri qayıtmayan hissiyat pozğunluğudur.
Diaqnostika həkim-ortopedin  müayinəsi və əl pəncəsinin rentgenoqrammasına əsasən qoyulur.
Müalicə ilə ortoped-cərrah məşğul olur. Xəstəliyin erkən mərhələlərində konservativ müalicəyə massaj, müalicəvi gimnastika, fizioterapiya, gips və ya şina vasitəsilə korreksiya, isti vannalar daxildir. Erkən mərhələlərdə aparılan cərrahi əməliyyat oynaqların tam bərpa olunmasına şans yaradır.

loading...
(səs: 0)
Şərhlər: 1
Baxılıb: 534
Geriyə
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
Offline
vipbetul
sukurki bele prablemim yoxdur
9 aprel 2016 16:27
1
Of,If I stretch my hands,do you hold them in your hands,Sir?
Oh, do you look at my tearful eyes even once?

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

Müzakirələr

Azərbaycanım

Xəbər lenti

Astrologiya

Ən çox oxunanlar

Səsvermə

Bəs sizin bürcünüz nədir?

Qoç
Buğa
Əkizlər
Xərçəng
Şir
Qız
Tərəzi
Əqrəb
Oxatan
Oğlaq
Dolça
Balıqlar

 
 

Qadın testləri

Aylıq arxiv