Qalxanabənzər
vəzi düyünləri xəstənin özü tərəfindən və ya həkimin fiziki müayinəsi
əsasında boyunda kütlə ələ gəlməsi, bəzən də aparılan müayinələr
nəticəsində təsadüfən aşkara cıxarılır. Bir düyün aşkarlandıqda ən
önəmli olan onun xoş (benign) və ya bəd (malign) olmağını
müəyyənləşdirməkdir. Qalxanabənzər vəzi düyünlərində bədxassəli olma
ehtimalı 5%-dir. Klinik olaraq bir xəstədə düyün aşkarlandıqda ilk
növbədə:
- Anamnez və fiziki müayinə
- Tiroid funksion testləri (TSH,s t4)
- USM
- Riskli düyünlərdə IIAB (incə iynə aspirasyon biopsiya)
- TSH aşağı olduqda tiroid ssintigrafiyasi aparılır.
Qalxanabənzər
vəzidə düyün aşkar olunan hər xəstədən uşaq vaxtında baş-boyun
bölgəsində radioterapiya alması, ailəsində tiroid xərçəngi olub-olmadığı
soruşulmalıdır. Düyünün USM müayinəsi zamanı düyünün böyüməsi, səs
kallaşması, nəfəs darlığı, udqunmada çətinlik, öskürək kimi şikayətlərin
olması ciddiyə alınmalı və bədxassəli olması araşdırılmalıdır. Düyün
olan xəstənin yaşı və cinsi önəmlidir.
Hansı düyünlərdə bədxassəli olma riski daha yüksəkdir?
- Kişilərdə, uşaq və yeniyetmələrdə aşkar olunan düyünlər
- Ailədə tiroid xərçəngi olan adamlar, xüsüsilə (medullyar xərçəng)
- Böyük və sürətlə böyüyən düyünlər
- Mikrokalsifikasyon (içində kalsinati olan düyünlər)
- İntranodulyar vaskulyarizasiyasiı olan düyünlər
- Hipoexogen və kənarları kələ-kötür olan düyünlər
- Ssintiqrafiya zamanı aşkar olunan soyuq düyünlərin 15% malign olma ehtimalı var.
Uşaqlarda
və yeniyetmələrdə aşkar olunan düyünlərin bədxassəli olma riski 3 qat
yüksək olur. USM müayinədə düyünün ölçüsünün 1 sm-dən böyük olduğu
aşkarlansa, düyünə biopsiya edilməlidir. Əgər xəstənin ailəsində,
qohumlarında tiroid xərçəngi varsa, yüksək kalsitonin səviyyəsi
görülürsə, düyünün ölçüsü nə qədər olursa-olsun biopsiya olunmalıdır.
Risk faktorları olmasa belə, USM müayinədə bədxassəli olmanı düşündürən
yuxarıda sadaladığımız əlamətlərdən ən azı 2-si varsa, düyünün ölcüsü 1
sm-dən kiçik olsa belə, biopsiya edilməlidir. Uzun müddətli müşahidə
altına alınan düyünlərdə kalsitonin miqdarı 1 dəfə ölçülməlidir.
Kalsitonin miqdarının>100 pq/ml olması medullyar xərçəng üçün
diaqnostikdir.