Qulaqlar ürəkdəki pozulmalardan xəbər verə bilər...

Müəllif: adsiz-a
Şərhlər: 5
Baxılıb: 2 350
Səs ver:
(səs: 1)
1973-cü ildə həkim Sanders Frank qulaq mərcəyində büküşün olmasını ürəyin tac damarlarında aterosklerozun inkişafı ilə əlaqənin olmasına fikir verib.
Bu nə deməkdir?
Həkim fikir verib ki, qulaq mərcəyində büküşü olan bir çox insanların tac damarlarında aterosklerozun inkişafı müşahidə olunur. Ateroskleroz zamanı damarların daxilində yağa bənzər maddə xolesterin yığılır ki, bu da damarları daraldır, onların elastikliyini pozur. Şah damarlarda aterosklerozun olması infarkt kimi ağır pozulmanın inkişafının riskini xeyli artırır.
Frank əlamətinin mövcudluğu 40 yaşdan aşağı olan insanlarda xüsusilə təhlükəlidir. Araşdırmalar göstərib ki, bu yaşda olan insanlarda bu əlamətin olması 80% hallarda aterosklerozdan xəbər verir. Həmçinin araşdırmalar göstərib ki, Frank əlaməti cavan kişilərdə ani ürək ölümünün xəbərçisi ola bilər.
Təbii ki, Frank simptomunun olması heç də 100% hallarda ürəkdə olan ciddi problemlərə işarə etmir. Lakin risk var. Bu səbəbdən əgər siz özünüzdə Frank simptomunu müşahidə etmisinizsə, mütləq kardioloqa müraciət edin və lazım olan müayinələrdən keçin. Bununla siz öz sağlamlığınızı və hətta həyatınızı qoruya bilərsiniz.
(səs: 1)
Şərhlər: 5
Baxılıb: 2 350
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri