Baş beyini xərçəngi - simptomlar

Müəllif: Mr. OffiCeR
Şərhlər: 6
Baxılıb: 4 149
Səs ver:
(səs: 3)
İnsanların əksəriyyəti baş ağrısı ilə üzləşir. Bu ən tez-tez təsadüf edilən simptomdur. 

Baş ağrısının səbəbləri çoxdur - gərginlik, arterial hipertenziya (hipertoniya), miqren, boyun osteoxondrozu, bəzi göz xəstəlikləri, haymorit, travma, bəzi dərmanların qəbulu və s. 
Baş ağrısının ən təhlükəli səbəbi bədxassəli şişlərdir. Beyin xərçəngi zamanı baş ağrısı əsas simptomdur. Beyin xərçəngi zamanı baş ağrısının müəyyən xüsusiyyətləri var: 

- ağrı xronikidir 
- güclüdür 
- sıxıcı xarakter daşıyır 
- adi ağrısızlaşdıran preparatlar bu ağrıya təsir etmir 
- ağrı fiziki gərginlik zamanı (fizki iş, idman, öskürək və s.) artır 
- ağrı gecənin ikinci yarısında və səhərə yaxın daha güclü olur. İnsan yuxudan durandan sonra baş ağrısı 2-3 saat ərzində azalır. 

Qusma da beyin xərçənginin əsas simptomlarından biri sayılır. Qusma daha tez-tez səhər acqarına olur, qida qəbulu ilə bağlı olmur və xəstəyə rahatlıq gətirmir. 
Qıcolma (epilepsiya) tutmaları xəstəliyin ilk simptomu kimi əmələ gələ bilər. Buna mütləq ciddi fikir vermək lazımdır. Əgər belə tutmalar qəfildən insanın 20 yaşından sonra əmələ gələrsə, bu çox təhlükəli simptomdur. 

Beyin xərçənginin simptomlarından biri də başgicəllənməsi sayılır. Bu simptom daha gec inkişaf edir. 

Xəstədə görmə problemləri yaranır - gözlər dumanlanır, görmə zəifləyir. Bu xüsusilə səhərlər baş verir. 

Xəstəlik inkişaf etdikcə xəstədə yaddaşın, təfəkkürün, nitqin pozulması kimi simptomlar əmələ gəlir, insanın xasiyyəti dəyişilə bilər. 

Beyin xərçənginin əmələ gəlmə səbəbləri tibdə məlum deyil. Müalicənin uğurlu olub-olmaması xəstəliyin mərhələsindən, şişin yerləşməsindən, xəstənin yaşından və s. amillərdən asılıdır. 

Məhz bu səbəbdən xəstəliyin ilk simptomlarında həkimə müraciət etmək lazımdır.
(səs: 3)
Şərhlər: 6
Baxılıb: 4 149
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri