Dalağın böyümə səbəbləri

Müəllif: Mr. OffiCeR
Şərhlər: 1
Baxılıb: 5 212
Səs ver:
(səs: 0)
Dalaq orqanizmdə ən sirli orqanlardan biri sayılır. Dalağın orqanizmdə rolu müasir tibdə sona kimi araşdırılmayıb. 

Dalağın orqanizmdə bir neçə müxtəlif funksiyası var: qanı viruslar, bakteriyalar, infeksiyalardan, mutasiyaya uğramış hüceyrələrdən təmizləyir; köhnə, xəstə, \"keyfiyyətsiz\" qan hüceyrələri (eritrositləri, leykositləri, trombositləri) tutur və onları məhv edir. 

Bəzən dalaq böyüyə bilər. Böyümüş dalaq adətən özünü heç bir əlamətlə büruzə vermir və əksər hallarda bu pozulma təsadüfən USM zamanı təyin olunur. Bəzən dalağın böyüməsi sol böyürdə ağrılar və hətta az miqdarda qida qəbulundan sonra mədənin dolması hissi ilə özünü büruzə verir. 

Dalağın böyüməsi \"splenomeqaliya\" adlandırılır. Splenomeqaliya yaxşı əlamət sayılmır. Dalağın böyüməsi müxtəlif xəstəliklər zamanı müşahidə olunur. Dalağın böyüməsinin səbəbləri infeksion, autoimmun xəstəliklər, qan və qara ciyər xəstəlikləri, onkoloji xəstəliklər ola bilər. 

Splenomeqaliyanın səbəbləri: 

- Amiloidoz. Bu xəstəlik zamanı orqanizmin müxtəlif toxumalarında, o cümlədən dalaqda amiloid zülalı toplanır ki, bu da müxtəlif orqanların fəaliyyətini pozur. 

- Brusellyoz. İnsana xəstə heyvandan ətlə və ya südlə keçən infeksiya. 

- Qara ciyər sirrozunun gecikmiş mərhələlərində splenomeqaliya inkişaf edir. 

- İnfeksion endokardit - ürəyin daxili qişalarının iltihabı. 

- Hepatit (qara ciyərin iltihabı). 

- Histoplazmoz - nadir göbələk infeksiya. 

- Leykemiya - qan xərçəngi. 

- Limfoma - limfatik sistemi xərçəng xəstəliyi. 

- İnfeksion mononukleoz - kəskin virus xəstəliyi. 

- Mədəaltı vəzi xərçəngi. 

- Sarkoidoz.
(səs: 0)
Şərhlər: 1
Baxılıb: 5 212
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri