Hansı hisslər bədəndə ağrıya səbəb olur?

Müəllif: Fialka
Şərhlər: 6
Baxılıb: 2 651
Səs ver:
(səs: 2)
Bədəndəki ağrıları, sadəcə xəstəlik və ya fiziki yorğunluqla əlaqələndirmək doğru deyil.
 "Psycology Today” adlı nüfuzlu sağlamlıq jurnalında yayımlanan araşdırma insanın gün ərzində keçirdiyi hisslərin, onu mənəvi cəhətdən yoran duyğuların bədənin müəyyən hissələrində ağrılara səbəb ola bildiyini aşkarlayıb.
 
Stress və narahatçılıq
Stress və mütəmadi olaraq davam edən narahatçılıq baş ağrısına səbəb olur. Çünki stresli vəziyyətdə insanın nəfəsalma vərdişində dəyişikliklər olur. Bu isə beynə daha az oksigen getməsi ilə nəticələnir. Xroniki baş ağrılarının səbəbi stress ola bilər.
 
Kin
Araşdırma sübut edib ki, xroniki boyun ağrısının səbəbi kinli olmaqdır. İnsanları bağışlaya bilməmək, kin saxlamaq özünüzə zərər verir. Bağışlamağı öyrənin.
 
Sevgisizlik
Kürək ağrılarının səbəbi sevgisizlik ola bilər. Özünü tənha hiss edənlər kürək ağrılarından əziyyət çəkirlər.
 
Günahkar hiss etmək
Çiyinlərinizdə hiss edilən ağrıların səbəbi daşıdığınız mənəvi yük ola bilər. Özünüzü hər hansı mövzuda günahkar hiss edirsinizsə, fiziki baxımdan da əziyyət çəkəcəksiniz.
 
Maddiyatla bağlı qayğılar
 
Mütəxəssislər bildirirlər ki, ev, iş, pul barədə tez-tez fikirləşməli olanlar, gələcəklərini planlaşdırarkən maddi çətinlik çəkənlərdə bel ağrıları olur.
 
Ünsiyyət qurmamaq
Psixoloqlar bildirirlər ki, əllər insanlar arasında ünsiyyəti təmin edən ən önəmli orqanlardan biridir. Ona görə də, danışarkən çox vaxt əl-qol hərəkətləri edirik. Qollarda və əllərdə hiss edilən ağrılar məhz ünsiyyət problemi ilə əlaqələndirilir. Özünüzü istədiyiniz kimi ifadə edə bilmir və ya susmağa məcbur qalırsınızsa, əl və qollarda ağrı baş verə bilər.
 
Eqo
Hər kəs özünü sevməlidir. Ancaq eqo özünü sevməkdən qaynaqlanmır, əksinə özünə nifrətin bir növüdür. Yalnız özünə güvənməyən insanlar özlərini tərifləyir, olmadıqları biri kimi görünməyə can atırlar. Təvazökarlıqdan xəbəri olmayan belə insanlarda tez-tez diz ağrıları müşahidə edilir.
 
Pessimizm, ümidsizlik hissi
Bədənin bütün yükünü ayaqlar çəkir. Elə mənfi enerji də ayaqlara yığılır. Ümidsiz, pessimist insanlarda ən çox ayaq ağrıları müşahidə edilir.
 
Qısqanclıq
Ayaq ağrılarının başqa bir səbəbi də qısqanclıq hissidir.
(səs: 2)
Şərhlər: 6
Baxılıb: 2 651
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri