Qripə yoluxanlar süddən uzaq dursun!

Müəllif: Fialka
Şərhlər: 5
Baxılıb: 2 140
Səs ver:
(səs: 1)
Qripə yoluxanlar və soyuqdəymədən əziyyət çəkənlər üçün internetdən istənilən qədər məsləhət tapmaq olar. Bu məlumatların əksəriyyəti xəstəliyin öhdəsindən gəlmək üçün nə yeyib, nə içməli olduğunuz haqqındadır.
 
 
Aşağıda adını çəkdiyimiz yemək və içkilərdən imtina etsəniz, daha tez sağalacaqsınız.
 
1.Şəkərli içkilər
Şəkər infeksiyalarla mübarizə aparan ağ qan hüceyrələrinin işini çətinləşdirir. Tərkibində şəkər olan bütün qidalardan imtina eləyin. Xüsusilə tərkibində şəkər olan içkilər menyudan çıxarılmalıdır. Xəstəlik zamanı adi su içmək lazımdır.
 
2.Süd məhsulları
Bir çoxları xəstəlik zamanı isti süd içir. Çünki bəzi mənbələrdə südün sinəni yumşaltdığını deyilir. Lakin bu, səhv məlumatdır. Südün sinəni yumşaltması bir yana, o, bəzən vəziyyətin daha da pisləşməsinə səbəb olur. Həkimlər xəstəlik zamanı süd və süd məhsullarından uzaq durmağı məsləhət görür.
 
3.Spirtli içki
Spirtli içkinin mikrobları məhv etdiyini düşünərək xəstəlik zamanı da içkilərdən vaz keçmək istəməyən insanlar kifayət qədərdir. Ancaq spirtli içkilər də şəkər kimi orqanizmin özünümüdafiə sistemini alt-üst edir.
 
4.Karbohidratlar
Çörək, duzlu biskvit kimi qidaların tərkibində olan karbohidratlar bədən üçün yararlı deyil. Xəstəlik zamanı karbohidratlarla zəngin qidalar yemək olmaz. Çünki bu tip qidaların tərkibindəki karbohidratlar asanlıqla şəkərə çevrilir və orqanizmin infeksiyalara məğlub olmasına gətirib çıxarır.
(səs: 1)
Şərhlər: 5
Baxılıb: 2 140
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri