Burun qanamaları – EPİSTAXİS

Müəllif: Mr. OffiCeR
Şərhlər: 4
Baxılıb: 3 050
Səs ver:
(səs: 1)

      Yerli səbəblər :

1.      Burun travması ( sınıqlar , əməliyyat , tibbi manipulyasiya , yad cisimlər və s. )

2.      Kəskin və xroniki rinitlər , sinusitlər , adenoidlər

3.      Burun arakəsməsinin əyriliyi , atrofik rinit ( Ozena )

4.      Burun boşluğu törəmələri ( angioma , spesifik qranulyoma , bəd xassəli şişlər ) 

Ümumi səbəblər :

1.      Ürək – damar sistemi xəstəlikləri ( hipertoniya , ateroskleroz və s )

2.      Hamiləlik , yeniyetmə dövrü  ( hormonal disbalansla bağlı )

3.      Hipo və avitaminozlar

4.      Hemorargik diatez , koaqulopatiyalar ( qanin laxtalanma sistemində pozğunluq )

5.      Barometrik tezyiqin dəyişməsi ( chox isti yay fəsli , dalğiclarda , alpinistlərdə )

6.      Sistem qan xəstəlikləri

7.      Kəskin infeksion xəstəliklər , yüksək bədən hərarəti

8.      Günvurma

Ön burun qanamaları adətən həyati təhlükə törətmir və həkim müdaxiləsi olmadan dayandırıla bilir. Arxa burun qanamaları daha təhlükəlidir chünki xəstə tərəfindən sərbəst olaraq dayandırıla bilmir. Itirilən qanın miqdarından , xəstənin yaşından , cinsindən asılı olaraq kliniki əlamətlər müxtəlif olur. Bunlara dəri və selikli qişaların avazıması , ümumi zəiflik , qulaqlarda küy , göz önündə qaralma , başgicəllənmə , soyuq tər , arterial təzyiqin enməsi , ürəkdöyünmə və s. aiddi.  

İLK YARDIM

1.      Xəstəni otuzdurun , baş bədəndən hündürdə durmalıdır . XƏSTƏNİ QƏTİYYƏN UZANDIRMAQ OLMAZ . Bu zaman qan burun udlağa və ağıza axıb qanlı qusma törədə bilər.

2.      Xəstənin başını oturaq vəziyyətdə önə əyin

3.      Burun sümüklərində sınıq yoxdursa burun boşluğuna 3%-li hidrogen peroksid və ya 0,1%-li naftizində isladılmış pambıq qoyaraq barmaqla burun pərini burun arakəsməsinə sıxıb  saxlayın

4.      Xəstənin alın və ənsə nahiyəsinə 15 – 20 dəqiqəlik buz torbası qoyun

5.      Xəstədən vaxtaşırı tüpürməsini xahiş edin – tüpürcəkdə qan olmamalıdır

Əgər qan dayanmazsa aşağıdakı hallarda mütləq həkimə müraciət edilməlidir :

1.      15 – 20 dəqiqəlik ilk yardımdan sonra burun qanaması dayanmırsa

2.      Burun qanaması ilə yanaşı yüksək arterial təzyiq , şəkərli diabet , qan laxtalanma problemi varsa

3.      Əgər xəstə daimi aspirin , heparin , ibuprofen kimi dərmanlardan istifadə edirsə

4.      Qan iri şırnaqla boğaza axıb qanlı qusma törədirsə

5.      Burun qanaması fonunda bayılma halı yaranmışsa

6.      Tez – tez təkrarlanan burun qanamalarında

Mütləq aparılmalı müayinələr :

1.      Qanın ümumi analizi

2.      Koaquloqramma

3.      Arterial təzyiqin ölçülməsi

4.      Ixtisaslı həkimlərin müayinəsi 

 

otorinolarinqoloq Vəfa Həsənova
(səs: 1)
Şərhlər: 4
Baxılıb: 3 050
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri