Yırtıq kisənin disseksiyası

Müəllif: Mr. OffiCeR
Şərhlər: 2
Baxılıb: 2 342
Səs ver:
(səs: 2)
Paraezofaqal yırtığın bərpasına yönəlik cərrahi müdaxilənin ilk addımı mədə və digər orqanların yırtıq kisəsindən disseksiyasıdır. Yırtıq kisəsinin disseksiyası çox ehtiyyatla aparılmalıdır ki, yanaşı orqanların (məs., mediastinal plevra, perikard, aortanın adventisiası) zədələnməsi və ya qanaxma baş verməsin.
Disseksiya apararkən aşağıdakı prinsiplərə əməl etmək tövsiyə olunur:
Boğulmuş mədə çox zaman zərif olduğundan, disseksiya zamanı müəyyən edilirsə, onunla çox ehtiyyatlı davranmaq gərəkdir.
Disseksiya yırtıq kisəsi ilə yanaşı toxumalar arasında aparılmalıdır.
Qastrohepatik omentumun diafraqmanın sağ ayaqcığından ayırarkən, ayaqcığın abdominal tərəfində olan periton qatının saxlanması tələb olunur.
Ezofaqus ətrafında Penroz drenaj yerləşdirilir ki, yırtıq kisəsinin arxa divarının disseksiyası asanlaşdırılsın. Penroz drenajı önə traksiya edərək, disseksiya sağ ayaqcıqda başlayır və sol ayaqcığa doğru aparılır.
Yırtıq kisəsi mediastinumdan tam şəkildə çıxarılmalıdır.
Qısa Mədə damarlarının kəsilməsi mədənin mobilizasiyasını artırmış olur. Bu həm də fundoplikasiyaya yardım edər və operativ sahənin vizualizasiyasını artırmış olar.
Ezofaqus aortal hövsədək mobilizasiya edilməlidir. Və ya dartınma olmadan ən azı 4 sm intraabdominal ezofaqus mobilizasiya olunanadək disseksiya aparılmalıdır.
İstifadə edilən elektrokoaqulyasiyanın həcmi mümkün qədər məhdud olmalıdır, çünki elektrokoaqulyasiya ezofaqusun zədələnməsi ehtimalını artırmış olur. İlk bərpa əməliyyatı zamanı ezofaqusun uzadılması proseduru çox nadir hallarda gərəkli olur.
Mədənin boşaldılmasının ləngiməsinin qarşısını almaq məqsədilə vaqus sinirlərinin zədələnməsi və ya kəsilməsinə imkan vermək olmaz.

Dr.Bəxtiyar Qəhrəmanov
Bariatik ,Estetik Cərrah
(+99455) 395 44 55
(səs: 2)
Şərhlər: 2
Baxılıb: 2 342
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri